İDMAN


Stolüstü tennis üzrə Azərbaycan birinciliyi başa çatıb

Bakı, 10 noyabr, AZƏRTAC

Azərbaycan Stolüstü Tennis Federasiyasının və Gənclər və İdman Nazirliyinin təqvim idman planına uyğun olaraq, 2007-ci il və daha kiçik təvəllüdlü uşaqlar arasında stolüstü tennis üzrə Azərbaycan birinciliyi keçirilib.

Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Konstitusiya Gününə həsr olunmuş turnirdə respublikanın bütün regionlarından 70-ə yaxın idmançı mübarizə aparıb.

Noyabrın 9-da turnirin bağlanış mərasimi keçirilib. Mərasimdə çıxış edən federasiyanın vitse-prezidenti Səbuhi Mehdizadə idmançılara təbriklərini çatdırıb.

Qızların yarışında birinci yeri Mehriban Dadaşova, ikinci yeri Arzu Aslanova, üçüncü yerləri isə Fatimə Cəfərova və Zeynəb Süleymanova tutublar.

Oğlanların yarışında isə Hüseyn Eylazov çempion adını qazanıb. Adil Əhmədzadə turniri ikinci pillədə tamamlayıb. Toğrul Məhəmmədov və Kənan Məmmədov isə üçüncü yerlə kifayətləniblər.

Qaliblərə və onların məşqçilərinə federasiyanın kuboku, medalları və mükafatları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.