İDMAN


Stolüstü tennisçilər Avropa çempionatında iştirak edəcəklər

Bakı, 18 iyun, AZƏRTAC

Yeniyetmə və gənc stolüstü tennisçiləri qarşıda ciddi sınaq gözləyir.

Azərbaycan Stolüstü Tennis Federasiyasından AZƏRTAC-a bildiriblər ki, seçmə komanda iyulun 6-dan 15-dək Serbiyanın paytaxtı Belqradda keçiriləcək Avropa çempionatında mübarizə aparacaq. Mötəbər yarışa hazırlıq məqsədilə növbəti təlim-məşq toplanışı Xaçmaz Olimpiya Kompleksində təşkil olunub. Məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə iyunun 26-dək keçiriləcək hazırlıq prosesində Ləman Abdulhəmidova, Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Hacımurad Məmmədbəyov, Toğrul Məhəmmədov, Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə iştirak edir.

Xatırladaq ki, bu, Avropa çempionatına hazırlıq məqsədilə təşkil olunan 3-cü təlim-məşq toplanışıdır. Yeniyetmə və gənc stolüstü tennisçilər bundan əvvəl Qax Olimpiya İdman Kompleksi və Türkiyənin Yalova şəhərində keçirilən hazırlıq prosesində də bir araya gəlmişdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.