ELM VƏ TƏHSİL
“#StudentFest” tələbə düşərgəsinə qeydiyyat bu gün başa çatır
Bakı, 10 avqust, AZƏRTAC
“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyi avqustun 25-28-də orta ixtisas və peşə təhsili alan tələbələr üçün “StudentFest” düşərgəsi təşkil edəcək.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, tələbə düşərgəsinin təşkil olunmasında əsas məqsəd tələbələrin asudə vaxtlarını səmərəli keçirmələridir. Həmçinin peşəkar mentorların təlim və seminarları vasitəsilə onların gələcək karyera imkanlarının, ixtisas sahələri üzrə zəruri bilik, bacarıq və səriştələrinin artırılmasına dəstək olmaqdır. Festival çərçivəsində müxtəlif idman oyunları, ustad dərsləri, psixoloji testlər, yarışlar təşkil ediləcək.
Düşərgədə iştirak etmək üçün avqustun 10-u saat 23:59-dək müraciət etmək olar.