ELM VƏ TƏHSİL
Su hövzələrinə ekoloji təzyiqləri dəqiq müəyyənləşdirmək üçün tədqiqatlar aparılmasına ehtiyac var
Bakı, 19 iyun, AZƏRTAC
AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi seminarının növbəti iclasında İqlimşünaslıq və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Səid Səfərovun “Kür deltasının keçid sularına və deltadan Lənkərana qədər Xəzər dənizinin sahil sularına təzyiqi və onların təsiri” mövzusunda məruzəsi dinlənilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, alim məruzəsində apardığı tədqiqatların nəticələri barədə məlumat verib. Bildirib ki, tədqiq edilən ərazidə ən gərgin ekoloji vəziyyət Kürün deltasından Qızılağac körfəzinədək sahil sularında müşahidə olunur və bu da əsasən müxtəlif çay, kanal və kollektorlarla dənizə axıdılan çirkləndiricilərlə əlaqədardır. Su hövzələrinə ekoloji təzyiqlərin təsirini daha dəqiq müəyyənləşdirmək üçün əlavə tədqiqatlar aparılmasına ehtiyac var.