CƏMİYYƏT


Su kanallarının istismarı idarəsinə məxsus tikinti avadanlığını oğurlamaqda şübhəli bilinən şəxslər tutulublar

Bakı, 21 oktyabr, AZƏRTAC

Şəmkirçay su anbarının magistral kanallarının istismarı idarəsinə məxsus yüksək təzyiqli boru kəmərlərinin 15 min 600 manat məbləğində 16 ədəd dayaq yastığı oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluqda şübhəli bilinən rayon sakinləri O.Hüseynov, V.Məmmədov, İ.Səfərov, E.Aslanov, V.Məhərrəmov və E.Məmmədov Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar.

Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.