İDMAN
Su polosu üzrə kişilər arasında yarımfinal yarışlarına start verilib [YENİLƏNİB]













































Bakı, 19 iyun, P.İmanova, T.Abdullayeva, AZƏRTAC
Su polosu üzrə kişilər arasında yarımfinal görüşlərinə start verilib. İlk olaraq İspaniya və Xorvatiya komandaları qarşılaşır. Növbəti oyunda isə Yunanıstan və Serbiya kollektivləri finala çıxmaq uğrunda mübarizə aparacaq.
Kişilərdən ibarət komandalar arasında 5-8-ci yerlər uğrunda yarımfinal görüşlərində Rusiya yığması Almaniyanı 16:9, İtaliya komandası isə Macarıstan millisini 11:10 hesabı ilə məğlub edib.
15:08
Görüşdə Monteneqro komandası Fransa kollektivini böyük hesabla məğlub edib - 15:4.
Hazırda 5-8-ci yerlər uğrunda yarımfinal görüşlərində Rusiya ilə Almaniya mübarizə aparır. Həmin yerlər uğrunda digər görüş isə Macarıstan ilə İtaliya komandaları arasında oynanılacaq.
13:25
Kişilər arasında 11-12-ci yerlər uğrunda görüşdə Rumıniya Slovakiya komandasına 8:7 hesabı ilə qalib gəlib.
Növbəti qarşılaşma 9-10-cu yerlər uğrunda Monteneqro və Fransa kollektivləri arasında oynanılacaq.
12:58
Bakı, 19 iyun, P.İmanova, T.Abdullayeva, AZƏRTAC
İyunun 19-da “Bakı-2015” birinci Avropa Oyunları çərçivəsində su polosu üzrə yarışlar davam edir.
AZƏRTAC xəbər verir ki, yarışın səkkizinci günündə kişilərdən ibarət komandaların görüşləri keçirilir.
Hazırda kişilərin qrupunda 11-12-ci yerlər uğrunda Slovakiya və Rumıniya komandaları qarşılaşır.