DÜNYA
Sudanda sel və daşqınlar nəticəsində ən azı 46 nəfər ölüb
Bakı, 16 avqust, AZƏRTAC
Sudanda son iki həftə ərzində davam edən leysan yağışlarının meydana gətirdiyi sel və daşqınlar nəticəsində ən azı 46 nəfər ölüb. Ölkənin bütün ərazisində fövqəladə vəziyyət elan edilib və itkin düşmüş insanların axtarışı üçün xüsusi dəstələr fəaliyyət göstərir. Bir sıra rayonlarda baş vermiş torpaq sürüşmələri də ciddi fəsadlara səbəb olub.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, Sudanın Səhiyyə Nazirliyinin katibi Süleyman Əbdül Cabbar leysan yağışları nəticəsində ölkənin 18 vilayətindən 16-sının su altında qaldığını bildirib. Onun sözlərinə görə, 9,260 ev zərər görüb, onlardan 595-i isə tamamilə dağılıb. Nazirlik rəsmisi əlavə edib ki, içməli su və ərzaq çatışmazlığı problemi də yaranıb və yoluxucu xəstəliklərin qarşısının alınması istiqamətində təcili tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [23:40]
Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib
- 26.04.2024 [23:37]
Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]