İQTİSADİYYAT


Sumqayıt Kimya Sənaye Parkında dəmir yol qovşağı tikiləcəkdir

Bakı, 3 iyul (AZƏRTAC). Sumqayıt Kimya Sənaye Parkında rezidentlərə xidmət məqsədilə magistral dəmir yolu xəttinə çıxışı olan dəmir yolu qovşağı inşa ediləcəkdir.

Park direktorunun müavini Zaur Məmmədov AZƏRTAC-a bildirmişdir ki, qovşağın yaxınlığında yükləmə-boşaltma məntəqəsi yerləşəcəkdir. Burada dəmir yol stansiyalarının inzibati binasının inşası da nəzərdə tutulmuşdur.

Parkın ərazisində rahat və maneəsiz hərəkəti, yüklərin daşınmasını təmin etmək məqsədi ilə müxtəlif təyinatlı dəmir yolu xətləri çəkiləcəkdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.