Sumqayıt Kimya Sənaye Parkının dövriyyəsi ilin sonuna 200 milyon manata çatacaq
AzerTAg.az
Bakı, 28 iyul, AZƏRTAC
Bu gün ölkədə fəaliyyət göstərən 5 sənaye parkında işçi sayı 11 minə yaxındır. Gələcəkdə isə burada daha 7 500-ə yaxın yeni iş yerinin açılması nəzərə tutulur.
AZƏRTAC xəbər verir ki, bu barədə" Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru Nazim Talıbov iyulun 28-də "Xammaldan son məhsula qədər dəyər zəncirinin təşkili" mövzusunda keçirilən tədbirdə deyib.
Bildirilib ki, bu günə qədər Azərbaycanda fəaliyyət göstərən bu sənaye parklarına yatırılan investisiyaların həcmi 2,6 milyard dollar təşkil edir. Hazırda Sumqayıt Kimya Sənaye Parkının investisiya portfeli 2 milyard dollara yaxındır. "Sumqayıt Kimya Sənaye Parkının dövriyyəsi gündən-günə artmaqdadır. Bu ilin altı ayında parkın dövriyyəsi 100 milyon manat olub. Cari ildə bu rəqəmin 200 milyon manata çatacağı gözlənilir”, - deyə N.Talıbov diqqətə çatdırıb.

Xəbərin mətnində orfoqrafik səhv var