REGİONLAR


Sumqayıt Regional Mədəniyyət İdarəsinin əməkdaşları şəhər bulvarında ağac əkiblər

Sumqayıt, 19 aprel, Ətrabə Rzayeva, AZƏRTAC

Sumqayıt Bulvarında Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə həftəsonu təşkil olunan ağacəkmə kampaniyası çərçivəsində növbəti tədbir keçirilib. Bu nəcib işdə şəhərin ayrı-ayrı idarə, təşkilatlarının əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, bu dəfə kampaniyaya Regional Mədəniyyət İdarəsinin əməkdaşları da qoşulublar.

Ölkəmizdə ətraf mühitin qorunması, iqlim dəyişikliyinin təsirlərinin azaldılması, yaşıllığın daha da artırılması işınə töhfə verən Sumqayıtın mədəniyyət işçiləri şəhərimizdə fəaliyyət göstərən digər qurumların əməkdaşları ilə birgə 500-ə yaxın müxtəlif növdə həmişəyaşıl ağaclar əkiblər.

Ağacəkmə zamanı Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev Vətən müharibəsində şəhid olan hər bir igidimizin adına bir ağacın əkilməsi təşəbbüsü ilə çıxış edib. “Bununla biz Sumqayıtın yaşıl libasını zənginləşdirərək həm də qəhrəman şəhidlərimizin xatirəsini bir daha əbədiləşdirmiş oluruq”, - deyə Rəşad Əliyev vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.