İDMAN


“Sumqayıt” klubu üç futbolçu ilə vidalaşıb

Sumqayıt, 14 avqust, Ətrabə Rzayeva, AZƏRTAC

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edəcək “Sumqayıt” klubu heyətini iki hücumçu ilə gücləndirməyi planlaşdırır.

Klubdan AZƏRTAC-a bildirilib ki, transfer edilən futbolçuların adları yaxın zamanda açıqlanacaq.

Eyni zamanda, klub müdafiəçilər Rail Məlikov, İlqar Qurbanov və hücumçu Amil Yunanov ilə vidalaşdıqlarını təsdiqləyib.

Qeyd edək ki, “Sumqayıt” komandası UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi “Şkendiya”nı qəbul edəcək. Qarşılaşma avqustun 27-də Sumqayıtdakı “Kapital Bank Arena”da oynanılacaq.

Daha əvvəl Şəhriyar Əliyev, Aleksey İsayev, Peyman Babayi, Sərtan Taşkın, Elvin Cəfərquliyev və Mehdi Şərifi ilə yollarını ayıran komanda Tellur Mütəllimov və Elvin Məmmədovu transfer edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.