İDMAN


“Sumqayıt” klubunun iki futbolçusu U-21 milli komandamıza dəvət alıb

Sumqayıt, 15 may, AZƏRTAC

“Sumqayıt” klubunun iki üzvü 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasına dəvət alıb.

Klubun mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Sloveniyada təlim-məşq toplanışı çərçivəsində millimiz mayın 21-də və 27-də müvafiq olaraq Xorvatiyanın “Sloven Belupo-2” və Lyublyananın “Olimpiya” komandalarının əvəzediciləri ilə görüşəcək. U-21 millisinin heyətinə çağırılan futbolçular arasında “Sumqayıt” klubunun üzvləri – Süleyman Əhmədov və Ricat Qarayev də var.

Komandamızın Sloveniyada təlim-məşq toplanışı mayın 18-dən 28-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.