REGİONLAR


Sumqayıt teatrı 50-ci mövsümün ilk premyerasını təqdim edib

Sumqayıt, 4 noyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Yenicə 50 illik yubileyini qeyd edən Sumqayıt Dövlət Dram Teatrı böyük əzmlə repertuarını zənginləşdirməkdədir. Teatrda rus xalq nağılı əsasında səhnələşdirilən “Kim güclü, kim ağıllı?” tamaşasının premyerası olub.

AZƏRTAC xəbər verir ki, kiçik yaşlı tamaşaçılar və məktəblilərin həm əylənib, həm də öyrənmələrini təmin edən nağıl tamaşada obrazların timsalında ağıl və gücün müqayisəsi aparılır.

Tamaşadan öncə teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov tamaşaçıları salamlayıb, yeni mövsüm və yeni tamaşa münasibətilə hamını təbrik edib. O, Sumqayıt Dövlət Dram Teatrının yaxın günlərdə daha bir yeni tamaşa ilə teatrsevərlərin görüşünə gələcəyini bildirib.

Daha sonra gənc tamaşaçılar təqdim olunan nağılın sehrli aləminə səyahət ediblər. Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Ayla Osmanova, quruluşçu rəssamı Nizami Dadaşov, rəqslərin quruluşçusu Ceyhun Dadaşovdur.

Obrazları teatrın aktyorları - Şəhla Məmmədova, Ceyhun Məhərrəmov, Vəfa Qurbanova, Dağlar Rüstəmov, Sevda Hüseynova, Yalçın Səlimov və Elmir Mehdiyev ifa ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.