Sumqayıtda 1176 şagird yerlik yeni məktəb binasının tikintisində işlər sürətlənib
AzerTAg.az
Sumqayıt, 5 dekabr, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda 9 nömrəli tam orta məktəbin binasının inşası davam edir. Prezident İlham Əliyevin Sərəncamına əsasən tikilən məktəb 1176 şagird yerlik olacaq.
AZƏRTAC xəbər verir ki, şəhərin İnşaatçılar qəsəbəsində 1958-ci ildən fəaliyyət göstərən 324 yerlik Sumqayıt şəhər 9 nömrəli tam orta məktəbin binası qəzalı vəziyyətdə idi. Məktəbin binası tam sökülərək yerində müasir tələblərə cavab verən yeni bina inşa olunur.
Hazırda tikinti işləri sürətlə davam edir. Dörd korpusdan ibarət yeni məktəb binasında 69 sinif otağı olacaq. Təhsil ocağı müasir istilik sistemi ilə təchiz ediləcək və burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, qapalı idman və akt zalı, kompüter otaqları fəaliyyət göstərəcək. Bir sözlə, məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün hər cür şərait yaradılacaq.




Xəbərin mətnində orfoqrafik səhv var