CƏMİYYƏT


Sumqayıtda ağacların budaqlarını kəsən şəxs cərimələnib

Bakı, 24 may, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçiriblər.

Departamentdən AZƏRTAC-a bildirilib ki, reyd zamanı Sumqayıt şəhəri, 14-cü məhəllədə dörd tut və bir qarağac ağacının budaqlarının kəsildiyi aşkarlanıb.

Araşdırma zamanı ağacların budaqlarının Sumqayıt şəhər sakini Rəşad Tağıyev tərəfindən kəsildiyi müəyyənləşdirilib və faktla bağlı protokol tərtib edilib. Qanun pozucusu İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən fiziki şəxs qismində min manat məbləğində cərimələnib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.