CƏMİYYƏT


Sumqayıtda avtomobil təmiri obyektində yanğın olub

Bakı, 9 avqust, AZƏRTAC 

Sumqayıt şəhərində avtomobil təmiri obyektində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində müəssisənin 30 kvadratmetrlik hissəsi və içəridəki “Mercedes” markalı minik avtomobili yanıb. Bitişik obyektlərin lambir materialdan ibarət tavanı yüksək temperaturdan əriyib. Tikilinin qalan hissəsi və təmirə dayanmış “Opel” markalı avtomobil yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.