İDMAN


Sumqayıtda dörd gimnastika növü üzrə birgə yarışlar başa çatıb

Bakı, 18 noyabr, AZƏRTAC

Sumqayıtda kişi və qadın idman gimnastikası, akrobatika və aerobika üzrə təşkil olunmuş turnirlərlə ilin milli yarışlar mövsümünə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, 4 gimnastika növü üzrə birgə yarışlar Sumqayıt Olimpiya İdman Kompleksində baş tutub.

44 oğlan və 39 qız gimnastın qatıldığı idman gimnastikası üzrə yarışlarda qaliblər kiçiklər, balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş qrupları üzrə müəyyənləşib.

Əlli akrobatın mübarizə apardığı yarışda uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş kateqoriyalarında qarışıq cütlük, kişi cütlüyü, qadın cütlüyü, kişi və qadın qrupu proqramlarında qaliblər bəlli olub. Aerobika gimnastları isə öz çıxışlarını balacalar, uşaqlar, yeniyetmələr, gənclər və böyüklər yaş qruplarında fərdi kişi və qadın, üçlük, qrup və aerodans proqramları üzrə nümayiş etdiriblər.

İki günlük yarışda gimnastlar Bakı Gimnastika Məktəbi, “Ocaq Sport” İdman Klubu, Nizami rayon 13 nömrəli məktəb, Sumqayıt Olimpiya İdman Kompleksi, “Təhsil” Respublika İdman Mərkəzinin Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbi, “Ayulduz” klubunu, həmçinin Şabran və Balakən rayonlarını təmsil ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.