REGİONLAR
Sumqayıtda karantin qaydalarını pozan vətəndaşlar cərimələniblər
Sumqayıt, 12 fevral, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə şəhər ərazisindəki iri supermarketlər şəbəkələrində, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər həyata keçirilir. Qapalı məkanlarda sosial məsafəni gözləməyən, tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən şəxslər qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunurlar.
Şəhər polis idarəsindən AZƏRTAC–a bildirilib ki, cari ilin əvvəlindən ümumilikdə 776 protokol tərtib olunub. Onlardan 250-si İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi, qalanları isə 211.2-ci maddəsi üzrə yazılıb. Bu protokollar üzrə 113200 manat məbləğində cərimə tərtib olunub ki, bunun da 27200 manatı artıq ödənilib.