CƏMİYYƏT


Sumqayıtda mülki müdafiənin vəziyyətinin kompleks yoxlanılmasının nəticələrinə dair müşavirə keçirilib

Bakı, 25 iyun, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə İşinin Təşkili Baş İdarəsinin təşəbbüsü ilə iyunun 25-də Sumqayıt Şəhər İcra Hakimiyyətində bu şəhərdə mülki müdafiənin vəziyyətinin kompleks yoxlanılmasının nəticələrinə dair müşavirə keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, müşavirənin keçirilməsində məqsəd aparılmış yoxlamanın nəticələrinin təhlil edilməsi, mülki müdafiə sahəsində şəhər ərazisində aşkarlanmış problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin təşkilində səmərəliliyin artırılması məqsədilə Sumqayıtda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlar, o cümlədən FHN-in yerli strukturları və icra hakimiyyəti orqanları arasında qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsi olub.

Tədbirdə mülki müdafiə işinin təşkili baş idarəsinin rəisi, general-mayor Niyazi Zamanov çıxış edərək Sumqayıtda keçirilmiş mülki müdafiənin kompleks yoxlanılması və onun nəticələri, habelə aşkarlanmış problem və çatışmazlıqlar barədə məlumat verib. O, çıxışında mülki müdafiə işinin təşkili zamanı əsas diqqətin mərkəzi və yerli icra hakimiyyətləri, yerli özünüidarəetmə orqanları, eləcə də təsərrüfat obyektlərində (idarə, müəssisə və təşkilatlarda) mülki müdafiənin təbliği, əhalinin mülki müdafiəyə hazırlanması və mülki müdafiə qüvvələrinin daimi hazırlığının təmin edilməsinə və digər istiqamətlərə yönəldilməsinin zəruriliyini vurğulayıb. Natiq qeyd edib ki, Sumqayıtda mülki müdafiə işində səmərəliliyin daha da artırılması istiqamətində şəhər ərazisində fəaliyyət göstərən mülkiyyət formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatlar ilə FHN-in yerli qurumları arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi mühüm əhəmiyyət kəsb edir.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini – şəhər fövqəladə hallar komissiyasının sədri Teymur Səmədov yoxlama nəticəsində aşkarlanan problem və çatışmazlıqların aradan qaldırılması üçün zəruri addımların atılacağını diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.