CƏMİYYƏT
Sumqayıtda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs tutulub VİDEO
Bakı, 14 mart, AZƏRTAC
Sumqayıtda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş şəhər sakini İbrahim Əhmədov tutularaq istintaqa təqdim edilib. Onun üzərinə baxış keçirilərkən 1 kiloqrama yaxın heroin və elektron tərəzi aşkarlanıb. Araşdırma nəticəsində İbrahim Əhmədovun Sumqayıtda narkotik vasitələrin satışı ilə məşğul olduğu müəyyənləşdirilib.
Faktla bağlı saxlanılan şəxs barəsində toplanan materiallar Sumqayıt Şəhər Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İbrahim Əhmədovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar davam etdirilir.