CƏMİYYƏT


Sumqayıtda yol qəzasında 9 yaşlı uşaq ölüb

Sumqayıt, 9 dekabr, AZƏRTAC

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZƏRTAC xəbər verir ki, şəhər ərazisində yolu keçmək istəyən piyada, 2010-cu il təvəllüdlü Musayev Elmir Emil oğlunu minik avtomobili vurub.

Həkimlərin səyinə baxmayaraq, Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında 9 yaşlı uşağı xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.