CƏMİYYƏT


Sümüklərdə qan damarlarının yeni növü aşkarlanıb

Bakı, 23 yanvar, AZƏRTAC

Almaniyanın Duysburq-Essen Universitetindən olan alimlər qan damarlarının tamamilə yeni növünü aşkarlayıblar. Bu damarlar həm siçanların, həm də insanların sümüklərində tapılıb.

AZƏRTAC “Nature Metabolism” jurnalına istinadla xəbər verir ki, alimlərin sözlərinə görə, daha əvvəl sınanmayan və dərsliklərdə yer almayan anatomiya strukturunun kəşf edilməsinin XXI əsrdə mümkünlüyünü heç kim gözləmirdi.

Qan damarlarının yeni növü siçanların boruşəkilli sümüklərinin mikroskopik quruluşunun tədqiqatında aşkarlanıb. Bioloqlar sümüklərdə damarların geniş şəbəkəsinin olduğunu üzə çıxarıblar və onları transkortikal damarlar (TCV) adlandırıblar. Araşdırmanın baş müəllifi Mattias Günserin sözlərinə görə, alimlər sümüklərdə mürəkkəb qan dövranının mövcudluğundan şübhələnirdilər, lakin bu, ilk dəfə sübut olundu.

Yeni damarları aşkar etməzdən əvvəl Günser siçanlarda flüoresentlə boyanmış qan hüceyrələrini öyrənib. O, hüceyrələrin bərk sümükdən keçmək qabiliyyətini müşahidə edib. Bəs bu hansı yolla mümkündür? Suala cavab axtaran alim heç bir elmi mənbədə bu məlumata rast gəlmədiyinə əmin olub.

Yeni eksperimentlərə başlayan Günterin qrupu sümüyün daxili qatında yüzlərlə TCV aşkar ediblər. Bioloqlar bildiriblər ki, bu transkortikal qan damarları vasitəsilə 80 faizdən çox arteriya və 59 faizdən çox vena qanı ötürülür.

Siçanlarla tədqiqatdan sonra alimlər insan orqanizmində yeni növ damarların mövcudluğunun dolayısı ilə sübutunu əldə ediblər. Bu məsələyə daha aydınlıq gətirilməsi üçün əlavə axtarışların aparılması zəruridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.