İQTİSADİYYAT


Süni intellekt üzrə növbəti tədbir təşkil edilib

Bakı, 27 noyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən rəqəmsal iqtisadiyyat, süni intellekt, maşın öyrənməsi və əşyaların interneti sahəsində tədbirləri davam etdirir. 2021-ci ilin oktyabr ayından başlayaraq süni intellekt və maşın öyrənməsinə həsr olunmuş “frAIday” tədbirləri təşkil edilir. Məqsəd bu sahədə dövlət qurumlarının, özəl şirkətlərin, elm və təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin iştirakı ilə süni intellekt və maşın öyrənməsi sahəsinin inkişafına dair fikir və təcrübə mübadiləsinin aparılmasıdır.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, növbəti tədbir noyabrın 26-da keçirilib. Vörkşop formatında təşkil olunan tədbirdə maşın öyrənməsi layihələrinin hazırlanmasının başdan sonadək (“End-to-end Machine Learning") əsas mərhələləri - məlumatların (data) oxunması, vizuallaşdırılması, model və dəyişənlərin seçilməsi, həmçinin nəticə barədə məlumat verilib, müzakirələr aparılıb, izləyicilərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.