ELM VƏ TƏHSİL
Süni intellekt və sosioinformasiya texnologiyaları problemləri üzrə araşdırmalar aparılıb
Bakı, 13 iyul, AZƏRTAC
AMEA İnformasiya Texnologiyaları İnstitutunda süni intellekt və sosioinformasiya texnologiyaları problemləri istiqamətində elektron tibb mühitində qərar qəbul olunmasını dəstəkləyən model və metodların işlənilməsi üzrə tədqiqatlar aparılıb.
AZƏRTAC xəbər verir ki, bu məlumat institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü, texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədovanın hesabat məruzəsində yer alıb.
M.Məmmədova qeyd edib ki, elmi-tədqiqat işlərinin nəticələrinə əsasən elektron universitetin fəaliyyət konsepsiyası, model və metodların işlənilməsi və s. məsələlər üzrə yüksək nəticələr əldə olunub.
AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev e-tibbin çoxaspektli problemlərinin həlli ilə bağlı elmi araşdırmaların davam etdirilməsinin zəruriliyini vurğulayıb.