CƏMİYYƏT
Suraxanı rayonunda soyğunçuluq etməkdə şübhəli bilinən şəxs tutulub
Bakı, 14 fevral, AZƏRTAC
Fevralın 6-da Suraxanı rayonunda paytaxt sakini N.Qurbanovun 200 manat pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Cəlilabad rayon sakini E.Həsənov Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, fevralın 2-də F.Əliyevanın içərisində 350 ABŞ dolları və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini D.Şabirzadə Xətai Rayon Polis İdarəsinin 37-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Yanvarın 17-də Xəzər rayonundakı həyətyanı sahələrin birindən üç ədəd velosiped və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Mirzəyev rayon polis idarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.
Hər üç faktla əlaqədar araşdırmalar aparılır.