MƏDƏNİYYƏT


Sürix şəhərində yeni rəqs dərnəyi fəaliyyətə başlayıb

Bakı, 19 fevral, AZƏRTAC

İsveçrənin Sürix şəhərində milli rəqslərimizin təbliği, xalqımızın mədəni irsini tanıtmaq və sevdirmək məqsədilə "Buta" rəqs dərnəyi fəaliyyətə başlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qurumun dəstəyi ilə fəaliyyətə başlayan dərnək "Azərbaycanın Dostları" Birliyinin nəzdində yaradılıb. 5-16 yaş arası uşaqlar üçün nəzərdə tutulmuş dərnəyin xoreoqrafı Azərbaycan Dövlət Rəqs Ansamblının keçmiş̧ solisti Sonaxanım Əliyevadır.

İsveçrədə yaşayan soydaşlarımız dərnəyin fevral ayından başlayan fəaliyyətini böyük sevinc və maraqla qarşılayıblar. Buna görə də rəqs qrupuna yalnız Sürixdə deyil, İsveçrənin müxtəlif şəhərlərində yaşayan uşaqlar da qoşulublar. Həftəsonu keçiriləcək dərslər zamanı azərbaycanlı uşaqlara tariximizi və milli adət-ənənələrimizi əks etdirən rəqslər, bu sənətin özəllikləri tədris olunacaq.

Dərnəkdə böyüklər üçün də rəqs dərslərinin təşkili planlaşdırılır. Pandemiya ilə əlaqədar olaraq böyüklər üçün dərslər yaz aylarında başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.