DÜNYA


Suriyada İŞİD qruplaşmasının 20 üzvü həbsxanadan qaçıb

Suriyada İŞİD qruplaşmasının 20 üzvü həbsxanadan qaçıb

Bakı, 7 fevral, AZƏRTAC

Suriyada baş verən zəlzələdən sonra İŞİD terror qruplaşmasının üzvü olduğu ehtimal edilən azı 20 məhbus həbsxanadan qaçıb.

AZƏRTAC France-Presse agentliyinə istinadla xəbər verir ki, hadisə ölkənin şimal-qərbində, Türkiyə ilə sərhədin yaxınlığındakı Racu şəhəri rayonunda yerləşən həbsxanada baş verib.

Həbsxanada saxlanılan 2 min məhbusun 1,3 mininin İŞİD qruplaşmasının üzvü olduğu bildirilir. Zəlzələdən sonra məhbuslar qiyam qaldıraraq zədələnən həbsxananın bir hissəsini ələ keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.