DÜNYA


Suriyada Türkiyə ordusunun 3 hərbçisi yaralanıb

Ankara, 13 iyun, AZƏRTAC

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın İdlib bölgəsində yerləşən hərbi birləşmələrinin müşahidə məntəqəsi raket atəşinə tutulub.

AZƏRTAC xəbər verir ki, atəş nəticəsində Türkiyə hərbçilərindən üçü yüngül yaralanıb.

Xarici İşlər naziri Mövlud Çavuşoğlu fransalı həmkarı Jan-İv Lö Drian ilə Ankarada keçirdiyi mətbuat konfransında bildirib ki, hücumlar davam edərsə, Türkiyə tərəfi atəş nöqtələrinə zərbə vuracaq.

Türkiyə Silahlı Qüvvələrinin rəsmi internet saytının “Twitter” səhifəsində yer alan məlumata görə, atəş Suriya hakimiyyətinə məxsus birləşmələrin nəzarət etdiyi ərazidən açılıb.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.