İQTİSADİYYAT
Şuşa Humanitar Kollecinin tələbələrinə istehlakçı hüquqlarının müdafiəsindən danışılıb
Bakı, 16 noyabr, AZƏRTAC
İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin (ASİHMDX) təşkilatçılığı ilə Şuşa Humanitar Kollecinin 150-dən çox tələbə və müəllimi üçün “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda seminar keçirilib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, seminarda ASİHMDX rəisinin müavini Araz Əliyev istehlak bazarının keyfiyyətsiz mal və xidmətlərdən qorunmasında maarifləndirmə, təbliğat işlərinin əhəmiyyətindən danışıb, dövlət xidməti tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
Tədbir iştirakçılarına istehlakçı hüquqları və bu hüquqların qorunması sahəsində qanunvericilik barədə məlumat verilib, onlara maarifləndirici materiallar paylanıb.