ELM VƏ TƏHSİL
“Şuşa İli” çərçivəsində mədəni irsin qorunmasının aktual problemləri ilə bağlı beynəlxalq konfrans keçiriləcək
Bakı, 15 aprel, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) tərəfindən “Şuşa İli” çərçivəsində oktyabrın 28-də “Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
Bu barədə AZƏRTAC-a ADMİU-dan məlumat verilib. Bildirilib ki, konfrans “Qarabağın itirilmiş mədəni irsinin geri qaytarılması problemləri”, “Mədəni irsin identifikasiyası, inventarlaşdırılması və rəqəmsallaşdırılması”, “Qeyri-maddi mədəni irsin aktuallaşdırılması”, “Mədəni irs – turizmin inkişafının potensial obyekti kimi”, “Mədəni irsin qorunmasının normativ-hüquqi mexanizmləri” bölmələri üzrə təşkil olunacaq.
Konfransın işçi dilləri Azərbaycan, türk, ingilis və rus dilləridir. Konfransda iştirakla bağlı məlumat və məqalə elektron formatda avqustun 28-dək medeniirs2022@gmail.сom elektron ünvana göndərilməlidir. Məqalənin tərtib edilməsi qaydaları və beynəlxalq konfrans haqqında ətraflı məlumatla ADMİU-nun saytında tanış olmaq mümkündür.