CƏMİYYƏT


“Şuşa bizim milli rəmzimizdir” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 12 may, AZƏRTAC

Mayın 12-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Şuşa bizim milli rəmzimizdir” mövzusunda “Ən yaxşı yazı” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AQUPDK sədri Bahar Muradova, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri Arif Rəhimzadə və Milli Məclisin deputatı Nizami Cəfərov çıxış ediblər.

Çıxışlarda ümummilli lider Heydər Əliyevin Azərbaycanın uğurlu inkişafı üçün gördüyü işlərdən danışıblar. Ulu Öndərin Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya xüsusi önəm verdiyi, bu şəhərin, eləcə də ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi üçün məqsədyönlü addımlar atdığı diqqətə çatdırılıb.

Yazı müsabiqəsinin ənənəvi olaraq keçirilməsi yüksək qiymətləndirilib, bu cür müsabiqələrin gənclərin ölkəmizin ictimai həyatında fəal iştirakının təmin edilməsi baxımından önəmli olduğu bildirilib.

“Şuşa İli”nə təsadüf etdiyi üçün builki müsabiqənin “Şuşa bizim milli rəmzimizdir” mövzusuna həsr edildiyi vurğulanıb.

Tədbirdə bildirilib ki, müsabiqəyə ümumilikdə 192 yazı təqdim olunub. Müsabiqə iki nominasiya üzrə - böyüklər və yeniyetmələr arasında keçirilib.

Böyüklər arasında müsabiqənin qalibi adını Kürdəmir rayonu, M.Əzimov adına Atakişili kənd tam orta məktəbinin tarix müəllimi Səidə Dadaşova qazanıb. İkinci yeri Azərbaycan Yazıçılar Birliyinin üzvü Məhsəti Ağayeva, üçüncü yeri isə Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Anar Babayev tutublar.

Yeniyetmələr arasında keçirilən yarışda birinci yeri Ağdam rayon Dördyol-2 qəsəbə tam orta məktəbinin şagirdi Həqiqət Abdullazadə, ikinci yeri Neftçala rayon Rəfail Əliyeva adına Yuxarı Qaramanlı kənd tam orta məktəbinin şagirdi Nurlan Əbilhəsənov, üçüncü yeri isə Şuşa rayon Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbin şagirdi Fərəh Həmzəyeva tutublar.

Qaliblərə diplomlar və hədiyyələr təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.