SİYASƏT


Şuşada Vətən müharibəsinin ildönümü ilə əlaqədar anım tədbiri keçirilib VİDEO

Bakı, 27 sentyabr, AZƏRTAC

Vətən müharibəsinin ildönümü ilə əlaqədar Şuşada anım tədbiri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Anım Günü ilə əlaqədar keçirilən tədbirdə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidlərin xatirəsinə yaylım atəşi açılıb, hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Tədbirdə çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun keçdiyi şərəfli döyüş yolundan, Zəfərin qazanılmasında hərbçilərimizin göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışıblar.

Mərasimin sonunda Müdafiə Nazirliyinin və Daxili Qoşunların şəxsi heyəti Şuşanın mərkəzi küçələrində təntənəli yürüş keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.