Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı işini panel iclasları ilə davam etdirib

Şuşa, 22 aprel, AZƏRTAC

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı – Zəfər Qurultayı aprelin 22-də işini “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi” və “Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri” mövzularında panel iclasları ilə davam etdirib.

AZƏRTAC xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun moderatorluğu ilə keçirilən “Postmüharibə dövründə Azərbaycan diasporunun qarşısında duran vəzifələr, fəaliyyət planı/yol xəritəsi” mövzusunda panel iclasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Almaniya Azərbaycanlıları Alyansının sədri, tibb elmləri doktoru Nuran Abdullayev, Gürcüstanın İş Adamları Birliyinin sədri Nəriman Qurbanov, “Sara Xatun” Qadınlar Cəmiyyətinin rəhbəri Simuzər Baloğlanova və Türkiyənin “Star” qəzetinin xarici siyasət yazarı, tədqiqatçı-jurnalist Sevil Nuriyeva çıxış ediblər.

Qeyd edilib ki, Qurultayın məqsədi postmünaqişə reallıqlarında Azərbaycan diasporunun qarşısında duran vəzifələrin, fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsidir. Diqqətə çatdırılıb ki, 2020-ci ildə Vətən müharibəsindən sonra Qarabağın azad edilməsi ilə Azərbaycan diasporunun qarşısında duran vəzifələr də dəyişib. Əgər İkinci Qarabağ müharibəsinədək xarici ölkələrdəki diaspor təşkilatlarımızın torpaqlarımızın işğalı, Ermənistanın təcavüzkar siyasətinin dünyaya çatdırılması idisə, bu gün əsas məqsəd işğaldan azad edilmiş ərazilərimizdə qarşıya çıxan problemlərin, şəhərlərimizin işğal dövründə yerlə-yeksan edilməsinin, Azərbaycanın maddi-mədəni və dini irsinin vandalizmə məruz qalmasını beynəlxalq ictimaiyyətə təqdim olunmasıdır.

Çıxışlarda vurğulanıb ki, bu gün Azərbaycan diasporunun qarşısında böyük vəzifələr dayanır. Diaspor nümayəndələri azərbaycançılıq məfkurəsi əsasında daha sıx birləşməlidir, sosial şəbəkələrdə fəallığı artırmalı, dünya ictimaiyyətinin diqqətini Qarabağdakı real vəziyyətə, mina probleminə və Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın Azərbaycanın taleyinə yönəltməlidir.

Diqqətə çatdırılıb ki, Azərbaycan bu gün regionda sülh gündəliyini təqdim edib. Bundan sonrakı çağırışlar yeni üslubda təqdim edilməlidir. Əsas məsələlər Vətən, onun taleyi və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, ana dilinin, tarixin, mədəniyyətin yaşadılması və inkişaf etdirilməsi ilə bağlı olmalıdır.

Qurultay çərçivəsində keçirilən ikinci panel iclası isə “Qarabağın bərpası və yenidən qurulmasında Azərbaycan diasporunun töhfələri” mövzusunda olub. Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyevin moderatorluğu ilə keçirilən panel iclasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Birinci vitse-prezidentin köməkçisi Emin Hüseynov, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, “Yaşat“ Fondunun Himayəçilik Şurasının üzvü, Danimarkada Azərbaycan diasporunun fəal üzvü Məsud Aşina, Dünya Bankı və Fondunun Azərbaycanlı Əməkdaşlar Assosiasiyasının təsisçisi Bəxtiyar Kərimov, Sankt-Peterburq Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının müdiri Niyazi Niyazov və Amerikanın orta qərb ştatları üzrə Azərbaycan mərkəzi, Amerika Azərbaycanlıları Koordinasiya Şurasının İdarə Heyətinin üzvü Esmira Bayramova çıxış ediblər.

Tədbirdə ilk olaraq bildirilib ki, Azərbaycan işğaldan azad edilmiş ərazilərdə misli görünməmiş bərpa və quruculuq işləri aparır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət mərkəzində olan bu fəaliyyət çox sayda dövlət qurumu, yerli və xarici şirkətlərin koordinasiyalı və sistemli işini tələb edir və bərpa işləri ilə bağlı tematik mövzularda işçi qrupları fəaliyyət göstərir. Məsul qurumların əlaqələndirilmiş fəaliyyəti əsasında Böyük Qayıdış proqramı Azərbaycanın müqəddəs torpaqlarında bərpa və quruculuq işlərinin həyata keçirilməsinə, onun əsl sahibləri üçün layiqli həyatın təmin olunmasına xidmət edir.

Diqqətə çatdırılıb ki, Azərbaycan ərazilərin bərpasında genişmiqyaslı quruculuq konsepsiyasına start verib. Buraya bir tərəfdən maddi-mədəni irsin qeydiyyatı və bərpası, infrastruktur layihələrinin gerçəkləşdirilməsi, digər tərəfdən isə minaların təmizlənməsi və təhlükəsizlik tədbirlərinin görülməsidir. Mina problemi quruculuq işləri qarşısında ciddi maneə yaradır. Erməni işğalı nəticəsində ərazilərin minalarla çirkləndirilməsi münaqişə başa çatdıqdan sonra iki yüzdən çox soydaşımızın həyatına son qoyub.

Panel iclasında Qarabağ Dirçəliş Fondunun fəaliyyətindən də bəhs edilib, layihələrin dəstəklənməsi üçün dövlət və özəl sektorun yatırımları, eləcə də ianələrin qəbulu barədə məlumat verilib. Qeyd edilib ki, Azərbaycan diasporunun üzvləri xaricdən sərmayələrin cəlb olunması, bərpa işlərinin dəstəklənməsi missiyasına yardım göstərilməsi işlərində fəal olmalıdırlar.

Bildirilib ki, hazırda Azərbaycan Qarabağda məskunlaşma üzrə mühüm layihələr həyata keçirir, dünya urbanizasiya təcrübəsinin ən müasir modellərini yaradır, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri gerçəkləşdirilir.

Panel iştirakçıları ötən dövrə nəzər salaraq, indiyədək keçirilmiş dörd qurultayda məğlub xalqın təmsilçiləri kimi iştirak etdiklərini, Şuşa Qurultayında isə ilk dəfə müzəffər xalqın təmsilçiləri olaraq bir araya gəldiklərini, Şuşadakı yüksək əhval-ruhiyyənin diaspor təşkilatlarına da sirayət etməli olduğunu diqqətə çatdırıblar. Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, törədilmiş cinayətlər və vandalizm aktları dünya ictimaiyyətinə çatdırılmalı, eyni zamanda, postmüharibə dövründə quruculuq işlərinə investisiyaların cəlb olunması üçün iş aparılmalıdır.

Panel iclasları bədii hissə ilə davam edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ