CƏMİYYƏT


Şuşalı məktəblər Quba-Qusar-Xaçmaz rayonlarına yola salınıb

Bakı, 23 mart, AZƏRTAC

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində martın 23-də Şuşa rayon orta ümumtəhsil məktəblərinin 9-11-ci siniflərində təhsil alan 20 məktəbli Quba-Qusar-Xaçmaz rayonlarına yola salınıb.

AZƏRTAC xəbər verir ki, Şuşa Rayon İcra Hakimiyyətinin binasında təşkil olunan yolasalma mərasimində rayon icra hakimiyyətinin məsul işçiləri, müəllimlər və valideynlər iştirak ediblər.

Məktəblilərə məlumat verilib ki, tur-aksiya zamanı onlar bölgənin tarixi abidələri, istehsal müəssisələri ilə tanış olacaq, rayonların sosial, mədəni həyatı barədə əyani şəkildə məlumatlandırılacaqlar. Vurğulanıb ki, aksiyanın əsas məqsədi gənc nəslin Vətənə, tariximizə, mədəniyyətimizə, milli adət-ənənələrimizə hörmət və məhəbbət ruhunda tərbiyə edilməsinə xidmət etməkdir.

Müəllim və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini veriblər.

Sonra şagirdlər onlar üçün ayrılmış avtobusla Quba-Qusar- Xaçmaz marşrutu üzrə yola düşüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.