CƏMİYYƏT
Şüvəlan qəsəbə sakininin evinin həyətində çətənə bitkisi aşkarlanıb
Bakı, 29 iyun, AZƏRTAC
Daxili işlər orqanlarının əməkdaşları narkotik vasitələrin kultivasiyası ilə məşğul olan şəxslərə qarşı növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xəzər Rayon Polis İdarəsinin 1-ci polis şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şüvəlan qəsəbə sakini Ə.Nuriyevin evinin həyətindən 17 çətənə bitkisi aşkarlanaraq götürülüb.
Astara Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Sərək kənd sakinləri, əvvəllər məhkum olunmuş K.Ramazanovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 109, O.Ramazanovun həyətyanı sahəsindən isə 15 çətənə kolu aşkarlanıb.
Faktlarla bağlı araşdırmalar aparılır.