CƏMİYYƏT


Suya doğru uzanan keçilməz manqra meşələri

Bakı, 19 yanvar, AZƏRTAC

Manqra meşələri Florida sahillərinin əsas ağaclarından sayılır. Duzlu suda bitən həmin ağaclar əsasən qırmızı rəngdə olsalar da, qara və ağ manqralar da mövcuddur. Manqra meşələrində suya düşən yarpaqların çürüməsi nəticəsində əmələ gələn maddə tünd çay rəngində olur. Qırmızı manqraları gəzən ağaclar da adlandırırlar. Onların nəhəng kök sistemi yavaş-yavaş suya doğru uzanır və insanlar üçün keçilməz olsa da, bir sıra heyvan, quş və balıq üçün doğma məkan təsiri bağışlayır.

AZƏRTAC xəbər verir ki, həmişəyaşıl manqra meşələri Amerika və Avstraliyada okeanın əsas sahil zolaqlarını əhatə edir. İzofora adlandırılan ağaclar qalın mühitdə böyüyürlər. Onların boy atdığı mühitdə hətta kiçik dərinlikdə də oksigen yoxdur. Nəticədə bitkilərin rişələri nəfəs ala bilmir və bəsləyici maddələri özünə çəkmək çətinləşir. Buna görə də manqra ağaclarından fərqli rişələr uzanır. Manqra kökləri ucundakı dəliklər vasitəsilə oksigen alıb ağaca ötürürlər. Ancaq dayaq ayaqlar üzərində ucalan, torpaqda başqa cür yerini sabitləşdirməyə qadir olmayan izofora ağacı gövdəsindən əlavə rişə ayaqlar uzatmaqla sahilboyu bir-birini əvəzləyən qabarma və çəkilmələrin lili yuyub aparması nəticəsində yarana biləcək arzuolunmaz hallardan özünü qoruyur.

Manqra ağaclarının çoxalma üsulu da elm adamları tərəfindən möcüzə adlandırılır, çünki onun toxumları torpağa düşmür və birbaşa budaqlardan uzanmağa başlayır. Manqra meşələrinin təbiət və ekologiya üçün əhəmiyyəti çox böyükdür. Onlar çayların gətirdiyi çirkli suların və tullantıların qabağını alır, sahil sularını təmizləyir və mərcan liflərini qoruyurlar. Buna görə də bir çox ölkələr öz sahillərində manqra meşələri salmağa cəhd edirlər. Ən böyük manqra meşəsi isə Benqal körfəzinin sahilində, Qanq çayının deltasında yerləşir və on min kvadratmetr sahəni əhatə edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.