SİYASƏT
Svetlana Medvedeva: Heydər Əliyev Fondu və Sosial-Mədəni Təşəbbüslər Fondu mühüm məsələləri birlikdə həll edə bilərlər VİDEO
Moskva, 25 sentyabr, AZƏRTAC
Rusiya ilə Azərbaycan arasında humanitar əlaqələr bu gün xüsusilə əhəmiyyətli və dəyərlidir. Mən ümidvaram ki, Heydər Əliyev Fondu və Sosial-Mədəni Təşəbbüslər Fondu arasında əməkdaşlıq daha fəal olacaq.
Bu sözləri Avrasiya Qadınlar Forumunda iştirak edən Sosial-Mədəni Təşəbbüslər Fondunun prezidenti, Rusiya Federasiyası Hökumətinin sədri Dmitri Medvedevin xanımı Svetlana Medvedeva AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində deyib.
Svetlana Medvedeva vurğulayıb ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın prezidenti olduğu Heydər Əliyev Fondu və özünün rəhbərlik etdiyi xeyriyyə fondu birgə səylərlə qadınların və uşaqların sağlamlıqlarının qorunmasına yönələn çoxlu məsələləri həll edə bilərlər. “Qadınlar öz yumşaq siyasətləri nəticəsində xeyirxah təşəbbüslərə qadirdirlər. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu və Sosial-Mədəni Təşəbbüslər Fondu mühüm məsələləri birlikdə həll edə bilərlər. Əminəm ki, biz gələcəkdə bu işləri həyata keçirəcəyik və sıx, məhsuldar əməkdaşlığa görə şad olacağıq”, - deyə S.Medvedeva bildirib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva