İQTİSADİYYAT
“Svyaz–Exspokom 2013” sərgisində Azərbaycanın stendi də nümayiş etdiriləcəkdir
Bakı, 13 aprel (AZƏRTAC). Mayın 14-də Rusiya paytaxtında “Svyaz-Exspokom” telekommunikasiya avadanlığı, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri üzrə 25-ci beynəlxalq sərgi keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, perspektivli layihələrin reallaşması məqsədilə investisiyaların cəlb edilməsi, eyni zamanda, innovativ proseslərin inkişafına zəmin yaradan “Svyaz-Exspokom” sərgisi telekommunikasiya avadanlığı istehsalçıları ilə istehlakçıların bir araya gəldiyi nüfuzlu tədbirdir.
İnformasiya-kommunikasiya texnologiyaları mütəxəssislərinin təcrübə və fikir mübadiləsi apardığı sərgidə Azərbaycanın stendi də nümayiş etdiriləcəkdir.
Tədbir mayın 17-dək davam edəcəkdir.