CƏMİYYƏT
TƏBİB-in nümayəndə heyəti “12-ci Ümummilli Tibb Təhsili Konqresi”ndə iştirak edib
Bakı, 25 may, AZƏRTAC
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri Türkiyənin Samsun şəhərində keçirilən “12-ci Ümummilli Tibb Təhsili Konqresi”ndə iştirak edib.
AZƏRTAC TƏBİB-ə istinadla bildirir ki, konqresdə iştirak edən nümayəndə heyətinin tərkibinə Səhiyyə Nazirliyi, İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan Tibb Universiteti, 1 və 2 nömrəli Baza Tibb Kollecləri və Gəncə Tibb Kollecinin də nümayəndələri də daxildir.
Konqresdə iştirakın məqsədi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı Nümayəndəliyinin səhiyyədə işçi qüvvəsinin gücləndirilməsi sahəsində apardığı işləri paylaşmaq, Azərbaycanda tibb və sağlamlıq elmləri üzrə müəllim kimi fəaliyyət göstərən və gələcəkdə birgə layihələrdə təlimçi kimi iştirak edəcək şəxslərin müvafiq bilik və bacarıqlara yiyələnmələrinə töhfə vermək olub.
Konqresdə ÜST-nin Azərbaycandakı nümayəndəsi Hande Harmancının moderatorluğu ilə Azərbaycanda tibb elmləri sahəsindəki son yeniliklərə həsr olunmuş xüsusi panel sessiya keçirilib.