SİYASƏT
TALLİNDƏ “BAKI KLUBU”NUN AÇILIŞI OLACAQDIR
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, martın sonlarında Estoniya Respublikasında "Bakı Klubu"nun acılıs mərasimi keçiriləcəkdir. Əsas məqsədi Azərbaycan həqiqətlərini Estoniyadakı digər millətlərin nümayəndələrinə çatdırmaq və azərbaycancılıq ideyalarını təbliğ etmək olan klubun təsis yığıncağı bu ilin yanvarında Tallin şəhərində keçirilmişdir. Qurumu Estoniya Parlamentinin uzvu Eldar Əfəndiyev, Estoniya Parlamentinin müşaviri Yana Krimpe və "Aydan" Estoniya Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev təsis etmişlər. Mərasimdə həmçinin Baltikyanı Ölkələrin Azərbaycan Konqresinin yaradılması məsələsi də muzakirə olunacaqdır.
Mərasimdə Dövlət Komitəsinin sədri Nazim Ibrahimov və 2-ci ərazi Söbəsinin müdiri Nazim Qaraxanovun istirakı gözlənilir. Estoniya parlamentinin xətti ilə həmin tədbirə Azərbaycan Respublikası Milli Məclisinin numayəndə heyəti də dəvət edilmişdir.
Səfər əsnasında Azərbaycan nümayəndə heyəti Estoniya parlamentində, Xarici Islər, Milli Məskunlasma nazirliklərində bir sıra gorüşlər kecirəcəkdir.