Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

TAP-ın Yunanıstan və Albaniya hissəsində boruların 760 kilometrdən çoxu qaynaqlanıb

TAP-ın Yunanıstan və Albaniya hissəsində boruların 760 kilometrdən çoxu qaynaqlanıb

Bakı, 21 yanvar, Nihad Budaqov, AZƏRTAC

“Trans-Adriatik” (TAP) boru kəmərinin 765 kilometrlik Yunanıstan və Albaniya hissəsində boruların 761 kilometri qaynaq olunub.

Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında boru kəmərinin operatoru olan TAP AG şirkətinin kommunikasiya rəhbəri Lisa Givert deyib.

Onun sözlərinə görə, ötən ilin sonuna TAP-ın Yunanıstandan keçən 550 kilometrlik hissəsində ərazi tamamilə təmizlənib və qiymətləndirilib. Bu ölkədə boruların 547 kilometri qaynaq edilib. 535 kilometr boru torpağa basdırılıb və təxminən 492 kilometr ərazi tamamilə əvvəlki vəziyyətinə gətirilib.

“Boru kəmərinin Albaniyadan keçən 215 kilometrlik hissəsində də ərazi təmizlənib və qiymətləndirilib. Boruların 214 kilometri qaynaqlanıb və 177 kilometr ərazi isə tamamilə əvvəlki vəziyyətinə gətirilib”, - deyə L.Givert əlavə edib.

TAP AG-nin kommunikasiya rəhbəri deyib ki, boru kəmərinin Yunanıstan və Albaniya hissəsində boruların ümumilikdə 97 faizi xəndəyə endirilib.

Qeyd edək ki, TAP layihəsi üzrə işlərin - mühəndis, təchizat və tikinti işləri də daxil olmaqla 82,4 faizi icra edilib. Layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən - Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya daşıyacaq 3 min 500 kilometr uzunluğundakı Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan TAP Cənubi Qafqaz Boru Kəməri və TANAP-ın davamı olub, “Şahdəniz-2”dən hasil olunacaq qazı Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya çatdıracaq. Boru kəmərinin uzunluğu 878 kilometr, diametri isə 48 düymdür. TAP boru kəmərinin ən aşağı hissəsi dəniz səviyyəsindən təxminən 820 metr dərinlikdə, ən yüksək hissəsi Albaniya dağlarında 1800 metr hündürlükdən keçir. TAP-la Avropaya ilk qazın verilməsi 2020-ci ilə planlaşdırılır.

Boru kəməri TANAP ilə birləşəcək və Yunanıstanın Türkiyə ilə sərhəddə yerləşən Kipoi ərazisindən başlayacaq. Kəmər buradan Yunanıstan və Albaniya ərazisini qət edərək şərqdən qərbə Adriatik dənizi sahillərinə doğru istiqamətlənəcək və İtaliyanın Puqlia bölgəsində sahilə çıxacaq. TAP “Snam Rete Gas” şirkətinin istismar etdiyi İtaliyanın qaz nəqliyyatı şəbəkəsinə birləşəcək. Layihə Azərbaycan qazının İtaliya, Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriya kimi böyük Avropa bazarlarına çatdırılması üçün böyük imkanlar yaradır.

TAP-ın səhmdarları belədir: BP (20 faiz), SOCAR (20 faiz), “Snam S.p.A.” (20 faiz), “Fluxys” (19 faiz), “Enagás” (16 faiz) və “Axpo” (5 faiz).

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Yaşar Güler: Türkiyə Silahlı Qüvvələri Kiprdə sülh və sabitliyin təminatçısıdır

Azərbaycanın Milli qəhrəmanları Polad Həşimov və İlqar Mirzəyevin xatirəsi yad edilib VİDEO

Teylor Sviftin Milan konserti izdihamlı keçib

Nazir: Türkiyə enerji asılılığını minimuma endirməyi hədəfləyir

İtaliyada anomal istilər üç nəfərin ölümünə səbəb olub

I və IV ixtisas qrupları üzrə qəbul imtahanı başa çatıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Əlli beş il əvvəl başlayan Heydər Əliyev yolu ölkəmizi dünyanın aparıcı dövlətləri sırasına yüksəltməkdədir

Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının I mərhələsi keçirilib

DİM təsviri sənət üzrə qabiliyyət imtahanlarına qatılan abituriyentlərə müraciət edib

Şəkidə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı 8 mərkəzdə aparılıb

DİN və DSX birgə əməliyyat keçirib, 6 kiloqram marixuana, 1800 ədəd metadon həbi dövriyyədən çıxarılıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Türkiyə XİN: Trampa qarşı törədilən sui-qəsd cəhdi həm də xalqın iradəsinə hücumdur

Avropa Universitet Oyunları: İdman Akademiyasının futzal komandası dörddəbir finalda

Türkiyə Prezidenti: Trampa qarşı sui-qəsdin təhqiqatının ən effektiv şəkildə aparılacağına inanıram

Çin Yay Olimpiya Oyunlarına 405 atletlə qatılacaq

Bakı Hərbi Kollecində “Məşəl kimi yanan ürək” adlı tədbir keçirilib

Avropa çempionatı: Azərbaycan basketbol millisi İrlandiya ilə qarşılaşacaq

FHN: Kür çayında batdığı ehtimal olunan iki nəfərin axtarışları davam edir VİDEO

Amerika Kuboku: Uruqvay millisi üçüncü yeri tutub

“Sirun jan” mahnısının bir sıra yutub səhifələrində silinməsinə nail olunub, işlər davam etdirilir

Bəzi dağlıq və dağətəyi rayonlarda qısamüddətli leysan yağıb - FAKTİKİ HAVA

Azərbaycanın qızlardan ibarət basketbol yığması Avropa çempionatında final oyununa çıxacaq

Qardaşlığın yeni erası: Getdikcə möhkəmlənən Azərbaycan-Pakistan münasibətləri - ŞƏRH

Bu gün Avropa çempionatının qalibi bəlli olacaq

Prezident İlham Əliyev: Trampa qarşı siyasi zorakılıq aktını şiddətlə qınayırıq

İsti havada ehtiyatla qəbul edilməli olan dərmanlar açıqlanıb

Azərbaycanın tərəqqi və Zəfər yolunun başlandığı tarix - 14 iyul 1969-cu il

Oxşar taleli qəhrəmanlar: Polad Həşimov və İlqar Mirzəyev

Neftçalada Ulu Öndər Heydər Əliyevin ilk dəfə siyasi hakimiyyətə gəlişinin ildönümü ilə bağlı tədbir keçirilib

DİM: 2500-dən çox namizədin peşəkar mühasib sertifikatı imtahanı verməsi gözlənilir

Bu gün ali məktəblərə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirilir

Azərbaycanlı restorançılar Malayziyada keçirilən Dünya Kulinariya Müsabiqəsində parlaq çıxış ediblər

Türkiyəli nazir: FETÖ terrorçularının 40 faizi ABŞ və Almaniyadadır

Trampa qarşı sui-qəsd zamanı iki nəfər ölüb

Daşkənddə ikinci qastronomik küçə salınacaq

ABŞ-da prezidentliyə namizəd Donald Trampa qarşı sui-qəsd olub

Britaniyalı rejissor yazıçı Emili Brontenin məşhur romanını ekranlaşdıracaq

Fransanın idman naziri dalğıc geyimində Sena çayında çimib

Hindistan Ermənistana “SSS Defence” şirkətinin snayper tüfənglərini satır

ABŞ Dövlət katibinin müavini Paşinyanla regiondakı vəziyyəti müzakirə edib

Bu il Türkiyədə son 53 ilin ən isti iyun ayı qeydə alınıb

Sabirabadda gənc qız su kanalında boğularaq ölüb

“Sumqayıt” heyətinə yeni hücumçu qatıb

Hindistanda ildırım vurması nəticəsində 63 nəfər ölüb

Şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə cüdo turniri keçirilib

Türkiyəli deputat: Azərbaycanın Zəfəri Türk dünyasında birlik mühitini möhkəmləndirib

Xətai rayonunda Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişinin 55-ci ildönümünə həsr olunmuş konsert keçirilib

Türkiyədə 15 iyul qəhrəmanlarının xatirəsinə həsr olunmuş çoxsaylı tədbirlər keçiriləcək

Özbəkistanda ilk dəfə “yaşıl” şəhərlərin reytinqi tərtib edilib

Azərbaycanın İstanbuldakı baş konsulluğunda Türkiyədə məskunlaşan həmvətənlərimizin qəbulu başlayıb

Klassik avtomobillərin yürüşünə qeydiyyat başlayır

“Beşiktaş” tanınmış hücumçunun transferini açıqlayıb

Avropa Universitet Oyunları: Azərbaycan şahmatçıları blits yarışlarında gümüş medal qazanıblar

Fərid Qayıbov Avropa Gimnastikasının tədbirində çıxış edib

Xorvatiyalı qapıçı: “Qarabağ” karyeram üçün mükəmməl klubdur

BMT: Dünya əhalisinin sayı 2080-ci ilə qədər pik həddə çatacaq

İslamabad məhkəməsi İmran Xan barəsində hökmü ləğv edib

“14 iyul – müasir Azərbaycan tarixinin dönüş mərhələsidir” adlı tədbir keçirilib

FHN Bakı İstintaq Təcridxanasında təlim keçirib VİDEO

İspaniyalı futbolçu “Atletiko”dan ayrılıb

Cəlilabadda qaz kəmərinin zədələnməsi nəticəsində 2300 abonent qazsız qalıb

FHN: Pirşağıda dənizdə çimənlərin biri xilas edilsə də, digərinin cəsədi çıxarılıb

“Araz-Naxçıvan”ın baş məşqçisi: Çempionatda uğur qazanmaq üçün daha çox tər tökməliyik

Mehriban Ələkbərzadə MDB Parlament Assambleyasının Çingiz Aytmatov mükafatına layiq görülüb

Türkiyədə təşkil edilən beynəlxalq düşərgənin bağlanış mərasimi keçirilib

Litvanın “Broswarm” startapı minaların aşkar edilməsi texnologiyalarını işləyib hazırlayır

Sevil Kərimova: “Digital art” yaradıcılığı kətan üzərində rəsm çəkməkdən asan proses deyil

İtaliyanın “sevgi qoxulu” liman şəhəri: Portofino - FOTOREPORTAJ

Xırdalanda Ümummilli Liderin ölkəmizdə siyasi hakimiyyətə gəlməsinin 55 illiyinə həsr olunan tədbir keçirilib

MSK “Ekspert qruplarının üzvləri üçün yaddaş” kitabçası hazırlayıb

Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Razılaşma təsdiqlənib - FƏRMAN

Keyt Middlton “Uimbldon” turnirinin finalında iştirak edəcək

“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında Razılaşma”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Dövlət Xidməti Komissiyası arasında Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dövlət Neft Fondu ölkə iqtisadiyyatının sabitliyini və inkişafını dəstəkləyir

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan-ATƏT əməkdaşlıq gündəliyinin perspektivləri müzakirə edilib

Avropa Liqası: "Zirə" - "Şerif" oyununun hakimləri bəlli olub

Gürcüstan Milli Bankının beynəlxalq ehtiyatları azalıb

Azərbaycan çempionu olan voleybolçu Çin klubuna keçib

Azərbaycanın yeddi gimnastı beynəlxalq turnirin finalına yüksəlib

Ruben Rubinyan: Ermənistan qısa müddət ərzində Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır

Xankəndi şəhərində İdarələrarası Mərkəzin İqtisadi məsələlər üzrə işçi qrupunun iclası keçirilib

Avropa Universitet Oyunlarında Azərbaycanı təmsil edəcək badmintonçular bəlli olub

İlon Mask Trampın seçkiqabağı kampaniyasına gizlicə ianə edib

DİN: Paytaxtın Sabunçu rayonunda yerləşən 310 nömrəli uşaq bağçası ilə bağlı məlumatlar nəzarətə götürülüb

İtaliyada əlverişsiz hava şəraiti fəsadlar törədib

"Birləşdik -2024" təlimində hərbi qulluqçularımız peşəkarlıq nümayiş etdirir VİDEO

Türkiyənin Akdeniz Universitetində Azərbaycanşünaslıq Mərkəzi yaradılacaq

Postmüharibə dövründə 476 hərbçi 572 ədəd yüksək texnologiyalı protezlə təmin edilib

Türkiyədə avtobus qəzaya uğrayıb: ölən və yaralananlar var

İyulun 14-nə olan hava proqnozu açıqlanıb

Prezident İlham Əliyev ATƏT-in baş katibini qəbul edib  YENİLƏNİB VİDEO

Qubanın Zərdabi qəsəbəsində qanunsuz inşa olunan tikili sökülüb VİDEO

Ulu Öndərin ideyaları hər zaman inkişafımızın təməl daşı olaraq qalacaq

Abşeron Milli Parkında “Yarat – tullantını azalt” devizi ilə əl işləri sərgisi təşkil olunub

Azərbaycan millisinin baş məşqçisi: Rusiyada yaşayan futzalçılarımızı yığmaya dəvət edə bilərik - MÜSAHİBƏ

Vyetnamda torpaq sürüşməsi nəticəsində 11 nəfər ölüb