ELM VƏ TƏHSİL
TARİXİMİZİN DAHA BİR QANLI SƏHİFƏSİ XATIRLANMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində 31 mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş yığıncaq keçirilmişdir.
Universitetin rektoru, professor Gülçöhrə Məmmədova erməni millətçilərinin törətdikləri faciələrdən danışmış və bu qanlı hadisələrə yalnız xalqımızın ümummilli lideri, dünya şöhrətli dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra siyasi qiymət verildiyini vurğulamışdır.
Çıxış edənlər gəncləri tarixin ibrət dərslərini unutmamağa çağırmış, ermənilərin Azərbaycan torpaqlarında törətdikləri cinayətlərə dair çoxlu faktlar gətirmişlər.
1918-ci il qırğınlarının qarşısının alınmasında qardaş Türkiyə əsgərlərinin rəşadəti və fədakarlığı xüsusi vurğulanmışdır.