MƏDƏNİYYƏT
TEAS-ın təşkil etdiyi konsert iştirakçıları heyran edib
Səbinə Rakçeyeva Nyu-York şəhərində yerləşən Cilliard Musiqi Məktəbinin ilk azərbaycanlı məzunu və Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) incəsənət və mədəniyyət üzrə məsləhətçisidir.
TEAS-dan AZƏRTAC-a bildirilib ki, istedadlı musiqiçi tədbirdə tanqo musiqisindən parçalar və Azərbaycan musiqisindən ibarət kompozisiyalar ifa edib. Proqrama Azərbaycanda caz-muğam musiqi janrının ərsəyə gəlməsində mühüm rolu olan Vaqif Mustafazadənin skripkada müşayiət edilən həzin “Mart”, həmçinin gitaraçı Rob Luft tərəfindən ifa olunan Azərbaycan xalq mahnısı “Sarı gəlin” daxil idi.
“Deko” ansamblının tərkibi Bartosz Qlovatski (akkordion), Rob Luft (gitara), Səbinə Rakçeyeva (skripka), Rikardo Qosalbo (piano), və Yelena Marigomez (ikili bass) kimi musiqiçilərdən ibarətdir.
Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter bildirib ki, hələ ötən əsrin əvvəllərində Azərbaycan ABŞ və Böyük Britaniyadan öncə qadınlara səs vermək hüququ verən ilk müsəlman ölkəsi olub. Muğam Azərbaycanda ənənəvi musiqinin əsas formasıdır ki, burada yüksək dərəcədə improvizasiya mümkündür və caz musiqisi ilə bəzi oxşarlıqlar vardır. Bugünkü konsert ölkənin mədəniyyətini qısa formada göstərməyin mükəmməl yoludur.