Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

TELEVİZİYA EKRANI QARŞISINDA QARABAĞ DÜYÜNÜ

İyulun 23-də Ağdamın erməni silahlı birləşmələri tərəfindən işğal edilməsinin 10 illiyinə həsr olunmuş “Qarabağ düyünü” verilişi Azərbaycan televiziyası ilə efirə getmişdir. Oxucuların xahişini və marağını nəzərə alan AZƏRTAC həmin verilişin mətnini olduğu kimi məqdim edir.

APARICI: 1993-cü il iyulun 23-də Ağdam süqut etdi. Erməni işğalçılar torpağımıza, millətimizə qarşı apardıqları müharibənin baş planını həyata keçirdilər. Ağdam rayonunun ərazisi 1094 kvadrat kilometrdir. 120 mindən çox əhalisi vardır. Kənd təsərrüfatına yararlı torpaq sahəsi 91,3 min hektardır.

On il əvvəl iyulun 23-də Ağdam işğal olundu. Bu acı tarixin şahidləri arasında Azərbaycan Milli Televiziyası əməkdaşlarının son saatları əks etdirən videosüjetləri də vardır. Bu kadrlar həmin süqut gecəsində lentə alınmışdır.

ALLAHVERDİ ƏSƏDOV elejurnalist: Göstərilən bu kadrlarda ermənilər Ağdamın bütün nöqtələrindən həmlə edib rayona girirlər. Kəndlər, şəhər bomboşdur. Əhalinin vuruşa bilən hissələrinin səfərbər olunması çox pis vəziyyətdədir. Gördüyünüz kimi, düşmənlər yenə də Ağdama atəş açırlar, hər tərəf od-alov içərisində yanır və biz bu reportajımızı indi ön mövqelərdən aparırıq. Hazırda vəziyyət bax, bu cürdür. Hazırda Ağdam boşdur və o, od içində yanır. Kənd əhalisinin əkib-becərdiyi nemətlər erməni gülləbaranının nəticəsində məhv olur.

APARICI: Bu kadrlar da Ağdamda çəkilib. Amma bu çəkilişi Ağdam işğal olunandan bir-iki gün sonra həvəskar erməni operatoru aparıb. Bu kadrlar yanan - alovlanan Ağdamın acı, faciəli günlərini əks etdirir. Ermənilərin apardığı bu çəkilişdən bir şey aydın olur ki, işğalçılar inana bilmirlər ki, döyüşən, müdafiə olunan Ağdam asanlıqla təslim olub. Ağdam xofundan həmişə qorxan ermənilər bu şəhərin küçələrində gəzmələrini böyük ssenarinin - baş planın həyata keçirilməsi hesab edirlər. Amma zaman göstərdi ki, sapı özümüzdən olan daxili dönüklər olmasaydı, Qarabağın dayaq nöqtəsi olan Ağdam işğala məruz qalmazdı.

BƏXŞEYİŞ ABBASOĞLU müharibə əlili: Bəşər tarixində elə hadisələr vardır ki, illər keçdikcə bu hadisələr nəinki unudulur, əksinə, zamanın etibarlı əllərində əsrlərə keçir, əbədiləşir, tarixləşir. 1988-ci ildən başlayan, xalqımızın başına min bir bəlalar gətirən Dağlıq Qarabağ hadisəsi də məhz belə olaylardandır.

Bu gün Ağdamın süqutunun 10-cu ili tamam olur. Bir zamanlar az qala nağıllaşan, dastanlaşan, əfsanəvi bir məkana çevrilən ana təbiətimizin füsunkar, ecazkar guşəsi kimi, aşıqlarımızın, şairlərimizin, bəstəkarlarımızın ilham pərisinə çevrilən, özünün mərd, qoçaq, əsl kişilərə xas olan adamları ilə, eyni zamanda qonaq-qarası, çal-çağırı ilə dünyaya səs salan, Azərbaycanın elm, təhsil, mədəniyyət, incəsənət, təbabət, idman və digər sahələrinə məşhur şəxsiyyətlər bəxş edən Ağdamın işğalının 10-cu ili tamam olur. Bu on ildə bizim hər birimizi qəlbən bir sual narahat edir: Ağdam - düşmənlərimizə həmişə gözdağı olan məğrur, qürurlu bir şəhər beş il vuruşandan sonra nə üçün yağılara təslim edildi?

Hər birimizə məlumdur ki, Qarabağ müharibəsinin ilk günlərindən bu savaşın ən ağır yükü Ağdamın, ağdamlıların çiyninə düşüb. 1988-ci ildə başlayan Qarabağ savaşının ilk şəhidləri də, tariximizin yeni şəhidlik səhifəsi də məhz ağdamlı Bəxtiyar və Əli ilə başlayır. Hadisələrin ilk günündən başlayaraq, Ağdamda demək olar ki, fədai oğulların hamısı torpaqların müdafiəsi üçün ayağa qalxdı. Həmin oğullar əvvəlcə kəndlərdə yaranmış özünümüdafiə dəstələrinin sıralarında, sonra isə - yəni 1991-ci ilin noyabr ayında Ağdamda yaranan, Milli Ordunun ilk təməl daşı olan hərbi hissələrin tərkibinə yazılaraq torpaqlarımızın müdafiəsinə qalxdılar.

Məlumdur ki, Azərbaycan Milli Ordusunun ilk hərbi hissələri məhz Ağdamda yaradıldı. Həmin hərbi hissələrin komandirləri, Azərbaycanın Milli Qəhrəmanları mərhum Şirin Mirzəyev, Allahverdi Bağırov, Asif Məhərrəmov, Yaqub Rzayev kimi oğullar həqiqətən də Ağdamın qeyrət qalası idilər. Lakin hər birimizə məlumdur ki, 1992-ci ilin iyun ayında Dağlıq Qarabağ kəndlərinin erməni işğalçılardan azad edilməsi istiqamətində böyük hərbi əməliyyatlar başlandı. Bu hərbi əməliyyatlarda da ağdamlı döyüşçülər öz sözlərini dedilər. Həmin dövrdə adlarını çəkdiyim komandirlərin rəhbərliyi altında Ağdərənin Canyataq, Gülyataq, Bəşirlər, Sırxavənd və başqa kəndləri, eyni zamanda Qarqar çayının sol sahilində Naxçıvanik, Aranzəmin, Pircamal, Dəhraz, Ağbulaq kəndləri məhz ağdamlı döyüşçülərin şücaəti ilə yağı düşməndən təmizləndi.

Lakin bu qələbələrə baxmayaraq, ordumuzda get-gedə müəyyən özbaşınalıqlar yarandı, dağınıqlıq, fikir ayrılığı yarandı. Bu isə Ağdamda döyüşçülərin əhval-ruhiyyəsinə tədricən təsir göstərdi. Bütün bunların səbəbi isə 1993-cü ilin ortalarına qədər ölkəni idarə edən, yəni yuxarıda əyləşən səriştəsiz və xəyanətkar insanlarin günahından doğurdu. Əfsuslar ki, 1992-ci ildə respublikamızda reallıq belə idi. Səriştəsiz dövlət rəhbərlərinin günahı ucbatından həmin dövrdə bütün döyüş bölgələrində olduğu kimi, Ağdamda da gərgin vəziyyət yarandı.

Belə ki, Şirin Mirzəyevin, Allahverdi Bağırovun, Yaqub Rzayevin döyüşlərdə həlak olması, demək olar, həm döyüşçülərin əhval-ruhiyyəsinə mənfi təsir göstərdi, həm də Ağdamda qara qüvvələrin əl-qol açmasına imkan verdi. Həmin dövrdə Ağdamın müdafiəsində iştirak edən oğulların birləşdiyi 836 nömrəli hərbi hissə 1992-ci ilin oktyabr ayında keçmiş müdafiə naziri Rəhim Qazıyevin əmri ilə ləğv edildi. Bu, Ağdamın gələcəkdə işğal olunması üçün, deyərdim ki, ilk fürsət yaratdı.

APARICI (İstintaq materiallarından): Qarabağ münaqişəsi başlayandan Ağdamda rəhbərliyin tez-tez dəyişdirilməsi rayonun müdafiə gücünü azaltmış, daxili çəkişmələri dərinləşdirmişdir. Nəticədə, yerli özünümüdafiə batalyonları ayrı-ayrı klanların şəxsi ambisiyası ilə döyüş mövqelərindən çıxarılmış, əsas yüksəkliklər asanlıqla düşmənə təhvil verilmişdir.

Qarabağ düyününün nə vaxt yaranmasından, nə vaxt açılacağından asılı olmayaraq, Ağdam sindromu bu düyünün mərkəzində dayanır. Münaqişə başlayandan ermənilər həmişə çəkindikləri, ehtiyat etdikləri Ağdamı zəiflətmək istəyirdilər. Amma onlar Ağdamı işğal etmək barədə danışanda bu planın baş tutmayacağını söyləyirdilər.

Erməni qəsbkarlar 1993-cü ilin iyuluna qədər bu planın arzu olaraq qalacağını hiyləgərcəsinə dillərinə gətirmirdilər. Amma 1993-cü il iyulun 23-də ağlagəlməz bir hadisə baş verdi. Döyüşən, müdafiə olunan Ağdam ermənilərə təslim edildi, talan olundu. Xəyanət, satqınlıq erməni xülyasını reallığa çevirdi. Dəhşətli tarixi cinayət baş verdi.

HƏSƏN SARIYEV (Ağdam rayon İcra Hakimiyyətinin başçısı): 1993-cü il iyulun 23-ü Ağdamın süqutu günüdür. Amma mənə elə gəlir ki, Ağdamın işğalı ssenarisi həmin tarixdən əvvəl hazırlanmışdı. Ağdam iyulun 23-dək ölü bir şəhər idi. Ona görə ölü şəhər idi ki, Ağdamın işğalına qədər Qarqar çayı tərəfdəki ərazilər Xalq Cəbhəsinin hakimiyyəti dövründə işğal olunmuşdu. Bu tərəfdən də Qiyaslıya qədər işğal olunmuşdu. Ermənilər orada öz postlarını qurmuşdular.

Ağdamın 50-yə qədər kəndi işğal olunmuşdu və bizim strateji cəhətdən ən mühüm olan nə qədər mövqelərimiz düşmənin əlində idi. Bu kəndlərin işğal altına düşməsi hərbi baxımdan desək, heç də elə bir əhəmiyyət kəsb eləmirdi. Amma strateji mövqelərin getməsi böyük itki idi. Yəni, bir strateji mövqe bir neçə kəndi saxlaya bilərdi. Ona görə də həmişə müharibələrdə kənd uğrunda yox, strateji mövqe uğrunda döyüş gedir. Dediyim kimi, Ağdamın işğalının bünövrəsi Xalq Cəbhəsinin hakimiyyətə gəldiyi ilk gündən qoyulmuşdu. Ona görə ki, onlar hakimiyyətə gələnə qədər ermənilərin xeyli kəndi işğal olunmuşdu, bizim əlimizdə idi. Bundan başqa, elə mövqelərimiz vardı ki, ermənilərin bizə yaxınlaşmaq imkanı yox idi.

JURNALİST: Həsən müəllim, o vaxt ermənilər köçüb gedirdilər. Siz də birbaşa döyüş mövqelərində idiniz və görürdünüz ki, ermənilər köçür. Nədənsə birdən-birə köç dayandı. Yəni, bu, ssenarinin hansı həlqəsi idi?

HƏSƏN SARIYEV: Sizin bu sualınızla əlaqədar yadıma bir epizod düşdü. O vaxt Əbülfəz Elçibəy deyirdi ki, biz erməniləri torpaqlarımızdan çıxarsaq, Ter-Petrosyanı prezidenlikdən çıxararlar, hakimiyyətə ayrı adam gələr və bu, çox pis olar.

Guya bir erməninin başqa ermənidən fərqi var imiş. Onsuz da erməni ermənidir, bizim düşmənimizdir. İstər Ter-Petrosyan olsun, istər başqası.Düşmən düşməndir. Amma Prezident kimi, Elçibəyin sözündən belə çıxdı ki, geri çəkilməyin səbəbi budur.

İqtidar daxilində də münaqişələr başladı. Məsələn, Surət Hüseynovla Xalq Cəbhəsi arasında. O da cəbhəçi idi, amma sonra nəsə mövqe ayrılıqları oldu. Dedilər ki, o, Ayaz Mütəllibova xidmət edir və s. Döyüşün qızğın vaxtında,- bunu Nəcməddin Sadıqov da yaxşı bilir, döyüşü aparan o idi,- qəfildən qoşunları geri çəkdilər, qaçmağa başladılar. O vaxt Şəmkir batalyonu da var idi. Bizə dedilər ki, qaçırlar, onların qabağını kəsmək lazımdır. Nəcməddin də Umudluda idi, o gəlsin, ondan sonra gedərlər. Biz də onların qabağına getdik ki, qardaşlar, bizi qoyub hara qaçırsınız. Bizi – qardaşlarınızı, bacılarınızı erməni ilə üzbəüz qoyub qaçırsınızsa, buna nə ad vermək olar?!

Nə isə, saxladıq. Dedilər, saxlayın, qoy, Nəcməddin gəlsin. Nəcməddin gəldi, bunlara nə qədər minnət elədisə də qalmadılar. O da qəbahətli bir söz də dedi. Amma bu da onlara təsir etmədi. Dedilər ki, bizdə komandir Surət Hüseynovun əmri var, biz mövqeləri qoyub getməliyik. Onlar Gəncə ləhcəsi ilə dedilər ki, lələmizin əmri var, getməliyik. Biz də dedik ki, əmr nədir, siz bizi düşmənlə üz-üzə qoyursunuz. Özü də onların hər cür silahları var idi. Bax, torpaqlarımız belə münaqişələrin qurbanı oldu. Bizim orduya ermənilərin o vaxt da gücü çatmazdı, heç indi də gücü çatmaz.

AĞDAM SAKİNİ: Gəncə batalyonunun rəhbərliyi rayonun başçısını və əhalini arxayın etmişdi ki, Ağdama heç bir təhlükə olmayacaqdır. Əsgərlərin tərksilah olunub döyüş mövqelərindən çəkilmələri gözümün qarşısındadır. Bizim onlara söz deməyə heç bir cəhətdən ixtiyarımız çatmadığından, Ağdam cəbhəsini təhvil verdilər. Hamımız onun şahidiyik və bu gün hamımız buna acıyırıq. Onlar deyəndə, mən Gəncə batalyonunun rəhbərlərindən Eldar adlı şəxsi və başqalarını nəzərdə tuturam.

Digər Ağdam sakini: İyulun 22-dən 23-nə keçən gecə mən özüm ailəliklə rayonda olmuşam. Xəbər verdilər ki, ermənilər gəlir, işıqları söndürdülər. Halbuki orada erməni yox idi. Orada Gəncə batalyonu idi. Onlar Ağdamın döyüşçülərini rayonu müdafiə etməyə qoymadılar, bütün işıqları söndürdülər. Biz gecə saat 3-4 radələrində çıxdıq və Göytəpə deyilən yerdə yerləşdik. Mənim qardaşım Niyazi bizi oradan güclə çıxardı. O, inanmadı ki, Gəncə batalyonu camaatı çıxarıbdır. Amma batalyonun əsgərləri hətta maşının işığını yandırmağa imkan vermirdilər. Qardaşım qayıtdı ki, görsün bu yalandır, ya düzdür. Gedib gördü ki, həqiqətən də hamını çıxarırlar. Mən qardaşımı da, torpağımı da itirmişəm. Ağdamı ağdamlılar verməyibdir. Bunu bütün ağdamlılar bilir. Ağdamın qeyrətli oğulları vuruşdular. Allahverdi kimi, Nizami kimi, Muxtar kimi, Canpolad kimi oğulları vuruşdular, Ağdama quşun səkməsinə imkan vermədilər. Ancaq Gəncə batalyonu gələndən sonra bizim yerli əsgərlərimizin heç birinə imkan vermədilər ki, onlar Ağdamı müdafiə etsinlər.

APARICI: Ağdam təkcə ağdamlılar üçün doğma deyildi. Qarabağ bölgəsinin nəbzi buradakı ab-hava ilə ölçülürdü. Muğam, musiqi beşiyi sayılan bu qədim diyar erməni işğalçılar üçün gözdağı, onun məkrli niyyətlərinə sipər olan keçilməz qala sayılırdı. Ermənilər, onun saqqallı liderləri yaxşı bilirdilər ki, Ağdam xofundan yaxa qurtarmadan böyük ssenarinin reallığından danışmaq əbəsdir. Təəssüf doğuran bu oldu ki, Xalq Cəbhəsi, onun Əbülfəz Əliyev, İsa Qəmbərov, Rəhim Qazıyev kimi başbilənləri bu işğal planının həyata keçirilməsinə 23 iyul 1992-ci ildən çox-çox əvvəl imkan vermişdilər.

RAYON SAKİNİ (Arxiv materialı): Bəziləri camaatın içərisinə girib xəbərdarlıq edirdi ki, bir saat müddətində çıxmasanız ermənilər buranı alt-üst edəcəklər. Deyirdilər ki, bütün camaat, arvad-uşaq, hamı çıxmalıdır. Bu göstərişin kim tərəfindən olduğunu biz bilmirik. Kimin qeyrəti, kişiliyi çatırsa, arvadının, qızının, bacısının namusunu çəkirsə, gəlsin, bir gün burada otursun, yaşasın, onda görəcək ki, orduda nizam-intizam yoxdur. Kəndlərdə bütün günü qumbara partlatmaq, silah atmaqdan başqa iş görən yoxdur. Ordunun əsl rəhbəri olsa, əsgərlərə verdiyi silahların sayını bilər. O, əsgərə deməlidir, bu gecə sənə 50 patron vermişəm, hara atmısansa, onu sübut et.

RAYON SAKİNİ (Arxiv materilı): Alçağın biri gəlir, yalan xəbər verir, arvad-uşaq ağlını itirir, hamı səksəkəyə düşür, kəndi boşaldır. Bağbanlar, Saybalı, Mərzili, Novruzlu, Şelli kəndlərində belə olubdur. Kim qaldı ki... Bilirsən, necədir? Biri gəlib deyir ki, ay camaat, çıxın, ermənilər gəlirlər, Novruzluya giriblər. Mən də deyirdim ki, Novruzluya top düşməyib, tank gəlməyib, ermənilər necə oldu ora gəldilər. Camaatı dünəndən bəri həlak eləyiblər. Soruşdum ki, bəs bu hərbçilər burada niyə durublar? Çıxıb getsinlər, biz də işimizi bilək.

JURNALİST: Sən hardansan?

RAYON SAKİNİ: Ağdamdanam.

JURNALİST: Hansı kəndindənsən?

RAYON SAKİNİ: Çəmənli kəndindənəm. Biz orada döyüşürdük, hamı qaçdı. Komandir onlara dedi ki, qaçın. Qırılanlar çox oldu.

JURNALİST: Şelliyə də girdilər?

AĞDAM SAKİNİ: Girdilər. Yüz faiz hamısı batdı, getdi.

APARICI: İstintaq materiallarından: 1993-cü ilin may-iyun aylarında düşmən qruplaşmaları artıq Şahbulağı, Kəngərlini, Papravəndi, Xıdırlını işğal edib bütün yüksəkliklərdə möhkəmlənmişdi. Azərbaycanda hakimiyyətdə olan Cəbhə- Müsavat iqtidarı hadisələrə nəzarəti itirmiş, Surət Hüseynovun tabeliyində olan qoşunlar döyüş mövqeyindən çıxarılmışdı.

JURNALİST: Bu gün, təkcə bu gün yox, hər bir ağdamlı kimi, işğaldan sonrakı hər gün fikirləşirsən, Ağdam işğal olunmaya bilərdimi? Sualın cavabını da tapırsan: Bəli, işğal olunmaya bilərdi. Bəs, nəyə görə işğal olundu? Hamı yekdilliklə bir nəticəyə gəlir: bu gün yenidən hakimiyyət təmənnasında olan vəzifə kürsüsü uğrunda mübarizə aparan Cəbhə-Müsavat cütlüyünün o vaxt da iqtidarda olan liderləri bunun qarşısını almaq yox, əslində, Ağdamın işğalı üçün tam şərait yaratmışdılar.

1992-ci ilin sentyabrında Ağdamın ən strateji nöqtəsi olan Abdal və Gülablı kəndləri işğal olundu. Bundan sonra tədricən digər sərhəd kəndləri işğal edildi.

Ağdamın vaxtilə könüllülərdən ibarət 11 batalyonu vardı. O vaxt Ağdamın bir qarış torpagı da işğal olunmamışdı. Ağdam qorunurdu. Ağdam özünü qorumaqla bərabər, Dağlıq Qarabağdakı azərbaycanlılar yaşayan kəndlərə maddi-mənəvi və hərbi kömək edirdi. Məhz cəbhəçi bəylərin hakimiyyətə gəldikləri dövrdə respublikamızda yaranmış başıpozuqluq, mənfur düşmənlərimizə torpaqlarımızı işğal etməyə tam şərait yaratdı. Bu şərait ondan ibarət idi ki, respublikamızda hakimiyyət uğrunda mübarizəyə onların başları elə qarışmışdı ki, Azərbaycan torpaqlarının qeyrətini çəkmək, torpaqlarımızın qorunması haqqında artıq fikirləşmirdilər.

Kürsü, vəzifə hərisliyi onların gözünü tutmuşdu. Onlar fikirləşmirdilər ki, bunlar hansı kresloya sahib olmaq üçün çalışırlar. O kürsünü qoruyan, onu yüksəkdə saxlayan xalq var. Bu xalqı güdaza verməklə, Qarabağın kəndlərini, rayonlarını bir-birinin ardınca işğala məruz qoymaqla onlar hakimiyyətlərini saxlaya bilməyəcəklər. Tarix də, faktlar da göstərdi ki, həqiqətən belə olmuşdur. Onlar öz hakimiyyətlərini saxlaya bilməyərək qısa müddətdə respublikanı tam uçurum, “olum və ya ölüm” dilemması qarşısında qoyaraq, hakimiyyətdən uzaqlaşdılar. Hamımız şahidik, televiziyada gedən silsilə verilişlərdə də bunun şahidi olmuşuq və onların özləri də başa düşdülər ki, Azərbaycanı xilas etmək üçün yeganə şəxsiyyət var, o da möhtərəm Heydər Əliyev şəxsiyyətidir. Azərbaycan ziyalıları, qabaqcıl adamlarımızla birlikdə Heydər Əliyevi Naxçıvandan Bakıya gəlməyə, Azərbaycanı tam məhv olmaqdan qurtarmağı xahiş edənlərin sırasına onların özləri də qoşuldular.

Mən sizə demək istəyirəm ki, bu gün Avropa Şurasında adı siyasi məhbus kimi hallandırılan Rəhim Qazıyev Ağdamda son dəfə olarkən,- o bir neçə dəfə Ağdama gəlmişdi, - yerli könüllülər batalyonları arasında nifaq, düşmənçilik salaraq həmin batalyonları bir-birinə qarşı qoymuşdur. Bunun ardınca cəbhəçi bəylərin yaratdıqları Müdafiə Nazirliyinin sadəcə adı vardı. Nazirliyə rəhbərlik edənlərin özləri də torpaqları müdafiə etmək əvəzinə, əslində hakimiyyət uğrunda mübarizəyə, yəni siyasətə qoşulmuşdular. Bu da torpaqlarımızın işğal edilməsinə şərait yaratdı. Ağdam saxlanıla, işğal olunmaya bilərdi. Ağdam məhz bu gün yenidən hakimiyyət iddiasına düşən cəbhəçi bəylərin bilavasitə günahı nəticəsində işğal olundu.

RAYON SAKİNİ: Bəli, Ağdam işğal olunmaya bilərdi. Elə öz ərazimizi götürək, nə qədər ki, kəndimizin oğulları, özünümüdafiə dəstəsi kəndimizi müdafiə edirdi, onda kəndimiz yerində idi. Kəndin özünümüdafiə dəstəsinin oradan çıxarılıb Mərzili kəndinə göndərilməsi qurma bir iş idi. Bu hadisədən sonra kəndimizin işğalına başlanıldı.

Bizim kəndimiz elə yerdə idi ki, o, bir növ Ağdamın işğalı üçün açılan qapı idi. Gərək, ilk növbədə, bizim kənd qorunaydı. Kəndimiz üç istiqamətdən ermənilər tərəfindən mühasirə olunmuşdu.

Bəli, biz Ağdamımızı, doğma yerlərimizi itirdik. İyulun 23-ü bizim üçün ən kədərli gündür. Rayonumuz işğal olunub, qəlbimizdəki bu yaranı sağalda bilmirik. Vətən yanğısı, vətən yarası silinməzdir.

APARICI: Ağdam birdən-birə işğal olunmadı. O, kənd-kənd, ev-ev işğal olundu. Vətən, torpaq alverçiləri Əliağalının, Qalayçıların, Sırxavəndin, Gülablının, Mərzilinin işğalından ayılıb müdafiə qurğuları qurmaq əvəzinə, başqa kəndlərin boşaldılıb qarət edilməsi işini üstün tutdular.

AĞDAM SAKİNİ (Arxiv materialı): Bizə silah vermirlər ki, özümüzü müdafiə edək, qoruyaq. Buraya gədə-güdəni gətirirlər, heç nə baş verməmiş qaçırlar, burada tək, yiyəsiz qalırıq. Silah versələr, vicdanım haqqı, xalqımızı biz özümüz qoruyarıq. Belə insafsızlıq olar, belə də ədalətsizlik olar?

RAYON SAKİNİ: Ağdamda 20 batalyon vardı. Onun yarısı hansısa mafiyaya qulluq edirdi. Yenə də deyirəm, mənim məsələnin siyasi tərəfi ilə işim yoxdur. Mafiyaya xidmət edənlərə mən nifrət edirəm.

APARICI: Qarabağ savaşında Ağdamın özünümüdafiə dəstələri yaddaqalan çox döyüşlər keçirmişlər. Allahverdi Bağırovun, Şirin Mirzəyevin, Qatır Məmmədin, Fred Akifin adı ilə tanınan, erməni birləşmələrinə ağır zərbələr vuran bu dəstələr, görəsən, niyə sonradan min bir bəhanə ilə parçalandı, tərksilah edildi.

23 iyul 1993-cü il Ağdamın işğal günü olacaq. Bu faciəyə gedən yolda Ağdam 5 mindən çox şəhid övladını qurban verəcək, sonradan da adına qaçqın, köçkün damğası vurulacaqdır. Hələliksə, Ağdam bütün müqavimətlərə baxmayaraq döyüşürdü.

RAYON SAKİNİ: Ağdam demək olar ki, müharibənin qərargahı idi. Döyüşün qızğın vaxtlarında Ağdamı İkinci Dünya müharibəsinin Stalinqradına bənzədirdilər. Ağdam 5 mindən çox şəhid veribdir. Ağdam rayonunda çox qeyrətli, qəhrəman oğullar olubdur. Doğrudan da Qarabağ torpağı öz gözəlliyi ilə bərabər, qeyrətli oğullar da yetirib, boya-başa çatdırıb. Mən belə oğullardan Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun və Milli Məclisin deputatı Eldar Bağırovun bacısıyam. Mənim qardaşlarım Vətən uğrunda şəhiddirlər. Qardaşlarım şəhidliyi qaçqınlıqdan üstün tutdular. Onlar heç bir şeyi - öz doğma bacılarını, kiçik yaşlı övladlarını fikirləşmədilər. Vətənin qara günündə ana torpağı qorumağa çalışdılar.

Mən söhbətimə 1988-ci ilin hadisələrindən başlamaq istəyirəm. Bu hadisələr ermənilərin rayonun ayrı-ayrı yerlərini atəşə tutması ilə başlamışdı. Könüllü özünümüdafiə dəstələri elə həmin vaxtdan fəaliyyət göstərirdi. Onlar Ağdamın ərazisində, demək olar ki, 43 kilometr məsafədə 23 post qurmuşdular.

Bu postlarda Ağdamın igid oğulları vuruşurdular. Torpaqlarımızı onlar qoruyurdular. İndi hərdən Ağdam haqqında danışanda deyirlər ki, Ağdam hansısa çəkişmələrin qurbanı oldu. Ağdam satqınlığın qurbanı oldu. Bu, teorem deyil, sübuta ehtiyacı olmayan aksiomdur. Ağdam sözün əsl mənasında çəkişmələrin qurbanı oldu. Ağdamı satdılar. Vətən torpağını erməniyə əlborcu verən başda oturan alçaqlar bunu etdilər. Bu, Ağdamın 5 mindən çox qeyrətli, igid oğlunun şəhid olmasına səbəb oldu.

JURNALİST: Hamı şahiddir ki, Qarabağın ab-havası Ağdamın nəbzi ilə ölçülür. Nə qədər ki, Ağdam işğal olunmamışdı, nə qədər ki, Ağdam döyüşürdü, müdafiə olunurdu, demək olar ki, Qarabağda bizim üstünlüyümüz vardı. O vaxt özünümüdafiə dəstələri, batalyonları vardı. Onlardan birinin də komandiri siz olmusunuz. Sonralar nədənsə bu batalyonların bəzilərinin üzərinə kölgə salındı.

Sabiq hərbçi: Cəbhə hakimiyyətə gələndən sonra bəzi batalyonların üstünə kölgə saldılar. Şirin Mirzəyev kimi igid bir döyüşçünün,- o, alaya komandanlıq edirdi, onun tərkibində batalyonlar vardı,- guya hansısa quruma, yaxud ermənilərə xidmət etdiyi iddia olunurdu. Belələrinin üzərinə kölgə salmağa başladılar. Axırda da o minaya düşdü. Bu hadisə indi də mənim üçün müəmmalıdır. O nə üçün minaya düşməli idi? O, oradan keçib getmişdi. Döyüş mövqelərini yaxşı bilən adam öz ərazimizdə guya minaya düşmüşdür. Bu nəyə görə oldu. Belə igid bir oğlan minaya düşə bilərdimi? Mən möhtərəm Prezidentimizə çox minnətdaram ki, Azərbaycanda yenidən hakimiyyətə gəldikdən sonra ona Milli Qəhrəman adı verdi. O, əsl Milli Qəhrəman idi. Onların üzərinə kölgə salmaq insafsızlıqdır. Həmin batalyonlar özünümüdafiə dəstələri olanda yaxşı döyüşürdülər. İstər cəbhəyə xidmət etsin, istərsə də başqalarına... Kimlərəsə xidmət etmək söhbəti sonradan çıxdı.

JURNALİST: Məqsəd torpaqlarımızı müdafiə etmək idi.

HƏSƏN SARIYEV: Bəli, məqsəd bu idi ki, Ağdam, torpaqlarımız müdafiə olunsun, ermənilərdən təmizlənsin. Amma siyasətçilər bu batalyonların içərisinə girdikdən sonra onları da siyasətə qoşdular. Bəziləri Cəbhəyə, digərləri isə Surət Hüseynova xidmət etməyə başladı. Bir batalyon da Ayaz Mütəllibova xidmət edirdi. Batalyonun komandiri açıqca deyirdi ki, mən Ayazın adamıyam, ona xidmət edirəm.

Döyüşçülər arasında həmrəylik pozulmuşdu, bir-birilərinə köməyə də getmirdilər. Mövqeyi zəif olan batalyona kömək edən olmurdu. Çünki dediyim kimi, siyasətin qurbanı olmuşdular.

Məsələn bəzi şeylər var idi. Cəbhə hakimiyyətə gələndən sonra Yaqub Rzayev, - ona Qatır Məmməd deyirik,- 19-cu postu yaxşı qoruyurdu. Ağdamlıların hamısı yaxşı bilir ki, Yaqub orada duranda heç kəsin nigarançılığı olmurdu.

Onu buradan götürdülər, aparıb həbsxanaya saldılar. Başına oyun gətirdilər. Sonra da öldürdülər. Çünki vertolyot qəzası ilə bağlı nəsə bilirdi. Özü bir yerdə ağzından qaçırmışdı ki, mən bilirəm bu qəzanı kimlər törədib, xalqın layiqlı oğullarını kimlər qırıb. Ona görə də onu həbsxanada öldürtdülər.

JURNALİST: Ağdam camaatının üstündə qaçqın adı ilə bərəbər, həm də belə bir söz-söhbət gəzir ki, ağdamlılar döyüşmədi. Yəni Agdam döyüşmədən təslim olundu.

RAYON SAKİNİ: Mən onu deyənlərə belə cavab verərdim ki, həmin adamların döyüşdən xəbəri yoxdur. Ağdamda olmayıb, bu hadisələrdən də xəbəri yoxdur. 5 mindən çox şəhid verən Ağdam, qradla evdə 4-5 nəfəri birdən öldürülən ağdamlılar barədə belə danışmaq ölmaz. Ağdam döyüşüb, özü də çox yaxşı döyüşüb. Ağdam siyasətin qurbanı oldu. Cəbhəçilər, Surətçilər, Müsavatçılar Ağdamı qurban verdilər. Ağdamın igid oğulları, o cümlədən Yaqub Rzayevin oğlu Canpolad özlərini Xocalının yolunda qurban verdilər. Ancaq özünü qəhrəman hesab edənlərdən biri Fəhmin Hacıyev gedib Xocalını dağılmış görüb camaatın qorxusundan gecə ikən bazarın direktoru var-Vahid Quliyev onun əlindən maşınını alıb aradan çıxıb. Belələri verdilər Ağdamı. 1988-ci ildə ilk qurbanları da Ağdam verdi. Hamı bilir ki, Əli ilə Bəxtiyar ilk qurban olublar. Ağdam döyüşübdür. Amma o illərdə Ağdamın, ümumiyyətlə bütün respublikanın yiyəsi olmayıbdır. Yiyəsizlikdən biz bu günə qaldıq.

Bu gün çadır şəhərciklərinə də səbəb o illərdəki yiyəsizlik oldu.

İndi çıxırlar ortaya. Gedib o çadırlarda yaşayanlarla söhbət etsinlər, görüm onlara nə cavab verəcəklər. Onlar hakimiyətdə oldular, gördülər öz bacarıqlarını. Özləri də bilir ki, onlar heç nəyi bacarmırlar.

JURNALİST: Amma müxalifət bu gün mətbuatda bar-bar bağırır ki, Ağdam yeni iqtidarın dövründə gedibdir.

RAYON SAKİNİ: Qətiyyən. Ağdam getmişdi. Vallah Ağdam getmişdi. Onların hakimiyyəti dövründə getmişdi.

RAYON SAKİNİ: Qarabağ Azərbaycanın ürəyində böyük bir dərddir. Xalqımızın üzərində silinməz bir ləkədir. Biz gərək Qarabağı itirməyəydik, başçılarımız gərək onu bir ovuc erməniyə satmayaydılar. Buxara papağı başına qoyub özünü xalq qəhrəmanı kimi göstərən Rəhimlər, Surətlər gərək Qarabağı verməyəydilər. Qarabağı əlborcu kimi vermişdilər, guya qaytaracaqdılar...

Bu gün çadırlarda yaşayan qaçqınları, qızmar günün altında bir tikə çörək qazanmaq naminə alver edən qadınlarımızı görəndə hər dəfə ürəyim ağrayır. Axı torpaq onların əlində olsaydı öz əkin-biçinləri ilə məşğul olub küçələrə tökülməzdilər.

ŞİRİN MİRZƏYEVİN HƏYAT YOLDAŞI: 1991-ci ilin sentyabrı idi. Yoldaşım vaxtına hələ 5 il qalmasına baxmayaraq, təqaüdə çıxmaq haqqında raport yazdı ki, mən gedib Qarabağda ordu düzəldəcəyəm. Müdafiə Nazirliyi təzə təşkil olunmuşdu. Dedi, ordu düzəltmək lazımdır, kömək etmək lazımdır. O vaxt mən ona dedim ki, Müdafiə Nazirliyində sənin kimi adama çox ehtiyac olacaq, sən podpolkovniksən, 25 ildir xidmət etmisən, akademiya qurtarmısan. Dedi ki, yazı-pozu ilə məşğul olmaq vaxtı deyil, Ermənistan ordu düzəldib. Açıqlamırlar, ancaq onların orduları var. Bizə tezliklə ordu düzəltmək lazımdır. İndi müvəqqəti özünümüdafiə batalyonları yaratmalıyıq.

Getdi Ağdama. Soruşdum ki, niyə Agdama gedirsən, Şuşaya yox? Cavab verdi ki, Agdamda qüvvə çoxdur. O qüvvə ilə bütün Qarabağı müdafiə etmək olar. Arxivdə Şirinin o vaxt yaratdığı polkun şəkilləri var. Şirinin əsgərlər qarşısında çıxışı var. Deyirdi ki, döyüşçülər dəstələrə bölünərək hərəsi bir tərəfə çəkirdi. Siyasətə qoşulmaq istəyirdilər. Ancaq Şirini siyasətə qoşa bilmədilər. Ona görə də Şirinin aqibəti elə oldu. Çünki Şirin hərbçi idi, özü də nə etdiyini bilirdi. Onun əsgərlər qarşısında çıxışı var.

ŞİRİN MİRZƏYEVİN ƏSGƏRLƏR QARŞISINDA ÇIXIŞI (Arxiv materialından): Biz xalqın ordusuyuq, xalqa xidmət edirik. Heç bir icra hakimiyyətinə, heç bir vəzifəli şəxsə xidmət etmirik. Onların tərəfində çıxış etmirik. Bir məqsədimiz var: torpağımızı qorumaq, millətimizin qeyrətini qorumaq. Bunu başa düşmək lazımdır.

RAYON SAKİNİ: Mənə elə gəlir ki, Ağdamın verilməsi elə Şirin Mirzəyevin polkunun dağılması ilə başladı.

APARICI: Ağdam 1988-ci ildən erməni daşnaklarının saqqallı qruplaşmaları ilə döyüşürdü. Qana-qan davasında hər bir qığılcımın, partlayışın layiqlı cavabı da olurdu. Ağdam bu savaşda ilk şəhidlərini verirdi. Xankəndinə minlərin, on minlərin açıq yürüşü tarixdir. Bu faktların arxasında düşmən himayədarlarının məkrli əməlləri indi daha aydın duyulur.

Qana–qandan qorxmayan heç bir ağdamlı bilməzdi ki, bu el savaşında milli dönüklər də tapılacaq, sonda erməninin müdafiəçilərinə çevriləcəklər. O vaxt haradan bilinəydi ki, 23 iyul 1993-cü il faciəsinə gedən yolun başlanğıcı Əsğəran ətrafında iki şəhidin - Bəxtiyar və Əlinin qanı ilə yazılacaq. Düşmən ssenarisində bu məqam da unudulmamışdır ki, özünümüdafiə dəstələri arasında məqsəd birliyinə imkan verilməsin.

Ayrı-ayrı imkanlı ağdamlının siyasi karyerasına təkan üçün göstərilən cəhdlər sonda parçalanmaya, Ağdamın müdafiəsini unutmağa aparırdı. Döyüşçülər arasında siyasiləşmə təbliğatı tayfabazlığa, tərəfkeşliyə gətirirdi. Daxildən və xaricdən edilən gedişlər əsas məqsədi - müdafiəni yaddan çıxarırdı. Ağdam sanki işğala hazırlanırdı.

RAYON SAKİNİ: Ağdamın işğalını rayonda olan hərbçilər arasındakı çəkişmə, qeyri-sağlam münasibətlər bir az da tezləşdirdi. Respublika rəhbərliyində, mən deyərdim ki, qəti addımlar atılmadı.

Faiq Baxşəliyevin komandir olduğu hərbi bölmənin nəzarətindəki yerlər ermənilərə təhvil verilirdi. Yerlər təhvil verilən gün onlar bizim idarənin yanındakı yeməkxanaya gəlirdilər, yeyib-içib bir–birini təbrik edirdilər ki, yaxşı ki, oradan salamat qurtarmışıq.

RAYON SAKİNİ: Mən deyərdim ki, Ağdamın işğalı o biri rayonlarımızın da zəbt olunmasını sürətləndirdi. Ağdam ermənilərin qarşısında bir qala, bir sipər idi. Ermənilər heç özləri də təsəvvür etməzdilər ki, Ağdami işğal edə bilərlər. Ancaq çox əfsuslar olsun ki, o vaxtkı iqtidarın qətiyyətsizliyi özünü göstərdi. Cəbhədə isə o batalyonların hərəsi bir nəfərin idi.Yəni biri Cəbhənin, o birisi Surət Hüseynovun, Faiq Baxşəliyevin, Qatır Məmməd deyilən vardı, onun batalyonu idi. Onların hər biri öz aralarında çəkişirdilər.

RAYON SAKİNİ: Ağdam alınmadı, verildi. Müəyyən vəzifə üstündə bir-biri ilə didişənlərin sayəsində Ağdam verildi. O vaxt Prezident olan Elçibəy Ağdama gəldi. Toplaşdıq onun başına ki, bəs belə-belə. Dedi nə olar ki, buraların hamısı alınar, sonra da qaytarılar geri. Gülablıdan olan bir qadın soruşdu ki, başına dönüm, bizim kəndi nə vaxt alacaqsan? Dedi ki, sizin kənd hələ qoy dursun. Bu zaman bir mərmi düşdü, Elçibəy oturub maşına qaçdı, dedi ki, bu, adamın da başına düşə bilər.

Bizim kəndə hücum edən Əlikram Hümbətovun dəstəsi idi. Hamısı da maskalı. Erməni niyə maska geyməli idi ? Adamlar qaçıb kənddən çıxdılar. Kəndi tamamilə darmadağın etdilər.Orada erməni adında heç kim yox idi, hamısı Əlikramın dəstəsi idi.

RAYON SAKİNİ: Surət Hüseynov öz dəstəsi ilə gəlib yığışdı ora. Özümüzün nəyimiz vardı çıxartdıq. Sonra bizim kəndə Zakir Məlikov familiyasında bir nəfər podpolkovnik ,- deyilənə görə, Lalə Şövkətin ən yaxın adamı idi, - gəldi, nə varsa hamısını yığdı, daşıyıb satdı. Axırda da özü erməniləri ratsiya ilə çağırıb kəndi təhvil verdi.

APARICI: Qarabağ münaqişəsi başlayandan Ağdamda rəhbərliyin tez-tez dəyişdirilməsi də böyük planın tərkib hissəsinə çevrildi. Başda oturanlar Ağdam kartından ustalıqla istifadə edir, kreslo həvəsinə düşənlər heç də yerini möhkəmlətməmiş yeni fərman ilə işdən azad olunurdular. Bu hakimiyyət dəyişiklikləri bulanıq suda balıq tutmaq istəyənlər üçün əlverişli məqam yaratdı. İncik düşənlər, vəzifədən çıxanlar, var-dövlətini qaçıranlar Ağdamdan köçdülər. 23 iyul 1993-cü ilə kimi Ağdam yavaş-yavaş boşaldı.

RAYON SAKİNİ: AXC-Müsavat cütlüyü 1992-ilin ortalarında hakimiyyət başına gələndən sonra hadisələr daha da böyüdü. Özlərinin yetişdirdikləri polkovnik Surət Hüseynovun xəyanəti nəticəsində torpaqlar verildi. Kürsü davası Ğəncə hadisələrini yaratdı.

Bu isə Ağdamın, o cümlədən Azərbaycanın faciəsinin kulminasiya nöqtəsinə gətirib çıxardı. Belə ki, həmin dövrdə Əbülfəz Əliyev və onun ətrafındakılar çox gözəl bilirdilər ki, Qarabağın vuran ürəyi Ağdamdır. Müharibənin də ğeniş şəkil aldığı yer Ağdam idi. Elə ona görə də şüurlu şəkildə ağır texnikanı buradan çıxararaq, öz şəxsi ambisiyalarını həyata keçirmək üçün Surət Hüseynovun üstünə - Gəncəyə göndərdilər. Bundan istifadə edən ermənilər Ağdamı işğal etdilər.

RAYON SAKİNİ: AXC-Müsavat hakimiyyəti olmasaydı, torpaqlarımız bu gün düşmən tapdağı altında olmazdı. Onların heç birinin dövləçilik təcrübəsi yox idi. Ona görə biz bu vəziyyətlə qarşılaşdıq. Onlar bir şeyi unutmuşdular ki, kreslolar insanlara şan-şöhrət gətirmir. Baxır ki, həmin kreslolarda kim oturur. İnsanlar kreslolara şöhrət, nüfuz gətirir.

Bütün bunlara baxmayaraq, bu gün biz sevinirik ki, dövlətimizin başında duran Heydər Əliyevimiz var. Hər ana, bacı ümid edir ki, biz o torpaqlara qayıdacağıq.

APARICI: Ağdam təklənirdi, düşmən qruplaşmaları Şahbulağı, Kəngərlini, Papravəndi, Xıdırlını işğal edib bütün yüksəkliklərdə möhkəmlənmişdi. Özünümüdafiə dəstələrini Surət Hüseynovun şəxsi ordusu kimi tanınan 709 nömrəli hərbi hissə əvəz etmişdi.

İstintaq müəyyən etmişdir ki, 1993-cü ilin iyul ayında hissə komandirləri özbaşınalığın qarşısını almamış, əksinə, bəzi hallarda isə özləri bu qanunsuzluqlara rəvac vermişlər.

RAYON SAKİNİ: Ağdamın işğalı əsasən cəbhəçilərin dövründə baş verdi. Yəni 1992-ci il sentyabr ayının 4-də ilk olaraq Abdal Gülablı işğal edildi. Həmin kənd strateji nöqtədə, çox yüksək zirvədə yerləşirdi. Bu kənd Əsgəranla Martuni arasında yerləşərək 14 kilometrlik məsafədə onları ayırırdı. Erməni yaşayış məntəqələrinə yollar bu kənddən keçdiyi üçün ermənilər onu işğal etməyə can atırdılar. Cəbhəçilərin vaxtında ermənilər həmin kəndi işğal etməyə nail oldular. Bundan əlavə, bəylərin dövründə 50 kənd və bütün yüksəkliklər işğal olunmuşdu. Ağdam şəhəri, demək olar, ölü şəhərə çevrilmişdi. Yaşayış yalnız şəhərin aşağı hissəsində -bazardan aşağıda, uşaq xəstəxanasının ətrafında idi. Yuxarı hissədə yaşamaq mümkün deyildi. Ona görə ki, həmin yerdə hər gün onlarla ev dağılır, insan tələf olurdu.

Sonralar isə guya kömək məqsədilə Surət Hüseynovun quldur dəstələri Ağdama gəldilər. Onlar Ağdamın özünümüdafiə batalyonlarını kənarlaşdırıb dedilər ki, tezliklə nəinki Ağdamın işğal olunmuş ərazilərini, hətta bütün Stepanakerti, Dağlıq Oarabağı alacağıq. Bir-iki gün keçəndən sonra bizə məlum oldu ki, bunların dediklərinin hamısı saxtadır və onlar nəinki Ağdamın işğalının qarşısını almağa, əkşinə Ağdamı təslim etməyə, onu işğal etdirməyə gəliblər. Nəticədə iyul ayının 23-də saat 11-də ermənilər Ağdama daxil oldular. Bizdə olan məlumata görə, Surət Hüseynovun dəstəsi bir neçə gün ərzində Ağdamı qarət edərək, varidatını aparmışdır. Eyni zamanda, söz yox ki, ermənilər və onlara havadarlıq edən rus imperiya qoşunları da Ağdama daxil olmuşdular. Ağdam, əlbəttə ki, bunların qarşısında aciz qalmışdı.

Ağdam döyüşürdü. Bu, hamıya məlumdur. Ağdam 6 minə yaxın şəhid verib. Bunlardan 2 minə yaxını hərbçilərdir. Elə bir dəhşətli vəziyyət yaranmışdı ki, ağdamlılar erməni və rus imperiya qoşunlarına təkbaşına müqavimət göstərə bilməzdi.

Bax, bunların nəticəsində Ağdam işğal olunmuşdur. Əlbəttə, o vaxtkı bəylərin, - bu gün də onların hakimiyyət uğrunda mübarizə aparanları var, - bəziləri həbsdədir. Məsələn, özlərini siyasi dustaq sayan Surət Hüseynovun, Rəhim Qazıyevin, Əlikram Hümbətovun, torpaqlarımızın işğalında böyük günahı vardır. Onlar bu torpaqları ermənilərə təslim etdirənlərdir, onlara havadarlıq edənlərdir. Bir milyon əhalini düzlərə salan, Azərbaycanın 20 faiz torpağının işğalına şərait yaradan bu adamların hansı mənəvi haqqı var ki, özlərini siyasi məhbus adlandırırlar. Belələri Azərbaycan xalqının qatı düşmənləridir.

HƏRBÇİ: Surət Hüseynov hadisəsindən sonra, mən deyərdim ki, Ağdamın müdafiə zolağına çox ciddi zərbə dəydi. Məhz ən təhlükəli müdafiə zolağı olan Xaçın çayı ərazisində, yəni Cinli-Qalayçılar istiqamətində müdafiə mövqeyində duran DİN operativ alayının ən döyüşkən kəşfiyyat rotası, eyni zamanda onların tabeliyində olan cəmi 3 ədəd tank, 4 ədəd PDM oradan çıxarılaraq hadisələrlə bağlı Gəncə şəhərinə göndərildi. Bununla da həmin ərazidə müdafiə zolağı zəiflədi və bundan xəbərdar olan ermənilər 1993-cü ildə iyun ayının 12-də məhz həmin cəbhədən Ağdam müdafiə zolağının yarılmasına nail oldular.

Bir-birinin ardınca Cinli, Mollalar, Əlimədədli, Kürdlər və Qalayçılar kəndləri bir neçə saatın ərzində işğal edildi, Ağdam-Ağdərə yolu düşmənin nəzarəti altına keçdi. Bununla da Ağdamın təslim edilməsi üçün real şərait yaradıldı. Həmin dövrdə Ağdamın “Yeddi xırman” deyilən strateji əhəmiyyətli yüksəkliyi vardı. Həmin yüksəklik Ağdam post-patrul xidməti alayının döyüşçüləri tərəfindən müdafiə olunurdu. Bu mövqe - Ağdamın açarı - heç bir atəş açılmadan, düşmənə müqavimət göstərilmədən ermənilərə təhvil verildi. Bununla da Ağdamın nəfəs borusu get-gedə daralmağa başladı. 43 gün Ağdam, onun ətraf kəndləri uğrunda döyüşlər getdi. Bu 43 gündə Ağdamı müdafiə edən Ağdamın öz hərbi hissələri, döyüşçüləri böyük qəhrəmanlıq, şücaət göstərdilər, çox böyük itkilərə məruz qaldılar. Arxadan isə heç bir kömək göndərilmədi. Yalnız 1993-cü ilin iyul ayında Ağdama 709 saylı hərbi hissə, tərkibi qatı cinayətkarlardan, narkomanlardan ibarət hərbi hissə göndərildi. Bu hərbi hissə Ağdamda demək olar ki, daşı-daş üstündə qoymadı. Müdafiə sahəsində əlini ağdan-qaraya vurmadı. Bu hərbi hissə nəinki Ağdamın müdafiəsini gücləndirdi, əksinə, onun düşmənə təslim edilməsini sürətləndirdi və 1993-cü il iyul ayının 23-də Ağdam süqut etdi.

APARICI: Bu həmin tarixdir. 23 iyul 1993-cü il. Erməni işğalçılar böyük ssenarinin baş planını həyata keçirdilər: Ağdam işğal olundu. Bu, Azərbaycan üçün adi məğlubiyyət deyildi. Bu, bir bölgənin dağıdılması, viran qalması da deyildi. Bu, 1988-ci ildə başlanan münaqişənin erməni qələbəsi ilə başa çatan sonluğu idi. Ağdam qorunsa idi, Ağdam dözə bilsə idi, sonrakı faciələr də olmayacaqdı.

HƏRBÇİ: Şəhərin mərkəzinə dizel yanacağı aparırdıq. Postlara gedirdik. Gördük tanklar mövqelərdən çıxıblar. Tanklara yanacaq doldurmaq istəyəndə gördük ki, piyadalar gəlir. Elə bildik ki, bizimkilərdir. Çünki bizimkilər kimi geyinmişdilər. Bizimkilər atəş açdılar, onlar da atdılar. Avtomatları göyə qaldırdılar. 5 metr məsafəyə çatanda başladılar atışmağa. Bizim yanacaq gətirdiyimiz maşına da atdılar, xoşbəxtlikdən dəymədi. Uşaqlardan biri maşını qaçırdı. Sonra atışa-atışa geri çəkildik. Artıq ermənilərin texnikası da yaxınlaşmışdı. Onlar iki BMP və bir tankla gəlirdilər. Piyada çox idi. Tankın birini bizimkilər vurdu. İki BMP qaldı. Güclü piyada lazım idi. Hərbi hissələrimizin tanklarının hamısı çıxmışdı.

RAYON SAKİNİ: (Arxiv materialı): Surət Hüseynova de ki, sən Azərbaycanın namusunu, qeyrətini bir şapalağa satırsan?!

APARICI: Ağdamın düşmənə verilməsinin vaxtı-vədəsi təsadüfən 23 iyul 1993-cü il seçilməmişdi. Bu o vaxt idi ki, Heydər Əliyev xalqın təkidli tələbi ilə Bakıya dönmüş, onun müstəqilliyini ölümün pəncəsindən almışdı. Məhz bu böyük tarixi şəxsiyyətin müdrikliyi ilə respublikada qısa bir zaman kəsiyində nisbi sakitliyə nail olunmuşdu. Sağ olsun. Anarxiyanın qarşısı alınmağa başlamışdı. Belə bir məqamda xəyanət yolu tutan, hələ də əliqanlı imperiyanın ətəklərində olan, onun diqtəsi ilə işləyən, ayrı-ayrı hərbi birləşmələrə rəhbərlik edən milli dönüklərimiz Ağdamı süquta yetirməklə, Qarabağ camaatını Heydər Əliyevə qarşı qoymaq, törətdikləri tarixi cinayətlərin üstünü ört-basdır etmək istəyirdilər. Amma Qarabağ əhalisi onların bu fitnəsinə uymadı. Ən qısa zaman kəsiyində bu qara qüvvələrin əməlləri üzə çıxdı və xalq, tarix onları lənətlədi.

Vaxtilə hər daşından, qayasından, adının özündən xoflanan erməni quldurlar indi orada ayaq açıb at oynadırlar. Bu bizim tarixin amansız dərsi, faciəsidir. Lakin bir danılmaz fakt da var: Qarabağ düyünü Ağdamın işğalı ilə açılmaz oldu və onun çözələnməsi də Ağdamın azad olunmasından başlayacaq. O günə çox qalmayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY