CƏMİYYƏT


TIR-la marşrut avtobusunun toqquşması nəticəsində xəsarət alanlar Kliniki Tibbi Mərkəzdə müalicə olunurlar

Bakı, 6 fevral, AZƏRTAC

Fevralın 6-da səhər saatlarında Bakıda TIR-la 551 nömrəli marşrut avtobusunun toqquşması nəticəsində 10 sərnişin xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəza zamanı xəsarət alan 10 sərnişin Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Xəsarət alanlardan 6 nəfəri kişi, 4 nəfəri qadındır. İlkin yardım göstəriləndən sonra sərnişinlərdən 4-ü evə buraxılıb, 3-ü neyrocərrahiyyə, 2-si travmatologiya, 1-i reanimasiya şöbəsinə yerləşdiriliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.