ELM VƏ TƏHSİL


TKT imtahanlarına qeydiyyat aparılır

Bakı, 30 iyun, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi TKT (Teaching Knowledge Test) imtahanlarına qeydiyyat elan edib.

Bu barədə AZƏRTAC-a Mərkəzdən məlumat verilib. Bildirilib ki, “Cambridge Assessment English” beynəlxalq qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi ingilis dili müəllimlərinin xarici dil bacarıqlarını beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının “TKT Modul 1”, “TKT Modul 2”, “TKT Modul 3”, “TKT Module YL” (azyaşlı öyrənənlər), “TKT Module CLIL” (dilin məzmunla inteqrativ tədrisi) üzrə imtahan təşkil edir.

İmtahan avqustun 20-də keçiriləcək. Qeydiyyat iyulun 7-dək aparılır.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzi “Cambridge Assessment English” rəsmi test mərkəzlərindən biri olaraq “Cambridge English Qualifications” (Kembric ingilis dili üzrə qiymətləndirmə), “Cambridge English Teaching” (Kembric ingilis dili üzrə tədris) və LinguaSkill imtahanlarını təklif edir.

Əlavə məlumat üçün [email protected] ünvanına yazmaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.