DÜNYA
TONQA KRALLIĞININ ŞAHZADƏSİ VƏ PRİNSESSASI AVTOMOBİL QƏZASINDA HƏLAK OLMUŞLAR
AZƏRTAC Bi-Bi-Si Nyusa istinadla xəbər verir ki, Tonqa kral ailəsinin üzvləri şahzadə Tuipelexake və şahzadə xanım Kaymana ABŞ-ın Kaliforniya ştatında avtomobil qəzasına düşmüşlər. İlkin məlumata görə, qəza Ford Explorer avtomobilinin 18 yaşlı xanım sürücüsünün təqsiri üzündən baş vermişdir. O, avtomobili yüksək sürətlə idarə edərək, şahzadələrin getdikləri Ford Mustang avtomobilini ötüb keçmək istəmişdir. Toqquşmadan sonra Ford Mustang bir neçə dəfə çevrilmiş və onun içindəki bütün sərnişinlər həlak olmuşlar.
Ford Explorerin sürücüsü qərəzsiz qətldə şübhəli şəxs qismində saxlanılmışdır. Avtomobilin bu qədər ehtiyatsız sürülməsinə sürücünün sərxoşluğunun səbəb olduğu hələlik məlum deyildir.
Şahzadə və prinsessa ABŞ-dakı Tonqa icması nümayəndələri ilə görüşmək və vətənlərindəki siyasi islahatları onlarla müzakirə etmək məqsədi ilə Kaliforniyaya səfərə çıxmışdılar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [19:24]
Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib
- 26.04.2024 [19:11]
İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub
- 26.04.2024 [18:26]
Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir
- 26.04.2024 [17:57]
Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir
- 26.04.2024 [17:45]
Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur
- 26.04.2024 [16:57]
Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb
- 26.04.2024 [16:44]
Vyetnam parlamentinin sədri istefa verib
- 26.04.2024 [16:32]