REGİONLAR
TOXUMÇULUĞUN VƏ TİNGÇİLİYİN İNKİŞAF ETDİRİLMƏSİ LAYİHƏSİ HAZIRLANMIŞDIR
-2004-2008-ci illəri əhatə edən layihədə kənd təsərrüfatı bitkilərinin məhsuldar, xəstəliklərə davamlı yeni sortlarının toxumlarının və meyvə tinglərinin tələb olunan miqdarda istehsalı nəzərdə tutulmuşdur. Kənd Təsərrüfatı Nazirliyinin toxumçuluq və tingçiliklə məşğul olan elmi tədqiqat institutlarının təcrübə təsərrüfatlarının və regional elm mərkəzlərinin maddi-texniki bazasını möhkəmləndirilməsi sahəsində görəcəyimiz işlər buna imkan verəcəkdir. Fermerlər keyfiyyətli toxum materialı və tinglərlə təmin olunacaqlar.
Eyni zamanda, regionlardakı aqrar elm mərkəzlərində və təcrübə təsərrüfatlarında torpaq mülkiyyətçiləri yeni sortlarla, onların xüsusiyyətləri ilə, habelə kənd təsərrüfatı texnikası ilə və müasir texnologiyalarla tanış edləcəklər.
Mütəxəssislərin fikrincə, bu layihənin həyata keçirilməsi sayəsində Azərbaycanda kənd təsərrüfatı məhsularının, o cümlədən taxıl, pambıq, meyvə və yem bitkilərinin istehsalını azı 25-30 faiz artırmaq mümkün olacaqdır. İlkin hesablamalara görə bu işlərin təşkili 22 milyard manata qədər vəsait tələb edəcəkdir.