TÜRKİYƏDƏ ZƏLZƏLƏ
İyulun 23-də yerli vaxtla səhər saat 8 radələrində Türkiyənin cənub-qərbində - Dənizli vilayətinin Buldan rayonunda zəlzələ baş vermişdir. İstanbulun Qandilli Seysmologiya Mərkəzinin məlumatında bildirilir ki, ilk yeraltı təkanın gücü Rixter cədvəli üzrə 5,3 bal olmuşdur.
AZƏRTAC-ın müxbirinin aldığı məlumata görə, zəlzələ vilayətin qonşu rayonlarında da hiss edilmişdir. Tələfat, yaralananlar və dağıntı barədə məlumat yoxdur.