RƏSMİ XRONİKA
TÜRKİYƏ BAŞ NAZİRİNİN MÜAVİNİ, DÖVLƏT NAZİRİ ƏBDÜLLƏTİF ŞƏNƏR BAKIYA GƏLMİŞDİR
Türkiyə Respublikası Baş nazirinin müavini, dövlət naziri Əbdüllətif Şənər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təntənəli andiçmə mərasimində iştirak etmək üçün oktyabrın 31-də Bakıya gəlmişdir.
Dost və qardaş ölkənin hökumət başçısının müavini və dövlət naziri Ə.Şənər andiçmə mərasimi ilə bağlı tədbirlərdə iştirak etməklə yanaşı, bir sıra ikitərəfli görüşlər də keçirəcəkdir.